• $
  • €
  • ₽
  • ₺
  • £

UNİBANK müştərilərinə 90.000 manatlıq uduş fondu ayırıb

UNİBANK müştərilərinə 90.000 manatlıq uduş fondu ayırıb
06.02.2014 13:41
Unibank-ın daha bir lotereyasının qalibləri açıqlanıb. Bankın “Nağd kredit əldə edin və qazanın” adlı tirajlı stimullaşdırıcı lotereyasının 4-cü tirajının qalibləri müəyyən edilib. Müsabiqə komissiyasının iştirakı ilə elektron püşkatma qaydasında keçirilən uduş fondunun nəticələrinə əsasən, 26 qalib seçilib. Qaliblərdən 20 nəfər 100 manat , 4 nəfər 500 manat, 2 nəfər isə 1000 manat pul mükafatı əldə ediblər.Oktyabrın 1-dən başlayan və hər ay keçirilən lotereya tirajlarında 390 qalib elan ediləcəkdir. Uduşun ümumi fondu 90. 000 AZN təşkil edir. Uduş fondunun oynanılması 15 tirajla həyata keçiriləcək. 26 qalib olan hər tirajın uduş məbləği 6000 AZN təşkil edir. Lotereya qaliblərinin siyahısı unibank.az saytında (http://www.unibank.az/az/about-bank/news/221/) və “525-ci qəzet”in bu günkü sayında dərc olunub.Unibank-dan kredit götürənlər Nissan qazanmaq şansına da sahib olurlar. Bankın martın 10-dək davam edəcək “Nağd kredit alın və Nissan avtomobili qazanmaq şansını əldə edin” adlı lotereyası çərçivəsində, bankın daha 2 müştərisi Nissan avtomobili əldə etmək şansı qazanacaq. 10 mart 2014-cü il tarixinədək Unibankdan kredit götürən bütün müştərilər, lotereya oyununun iştirakçısı olacaqlar. Ikinci tirajın qalibi Nissan Tiida, 3-cü tirajın qalibi isə Nissan Altima markalı avtomobilin sahibi olacaq.Hər tirajda 5 ədəd olmaqla, lotereyada 15 İPhone 5 telefonu da oynanılır. Lotereya müddətində 90 nəfər müştəri 100 AZN-lik pul uduşuna sahib olacaq.Şərtlərə əsasən, lotereya müddətində müştərinin bankdan götürdüyü Nağd kreditin hər 100 AZN/USD-si 1 şans kimi qiymətləndirilir. Əgər müştəri Unibank-dan ilk dəfə kredit götürürsə, bu zaman həmin müştərinin götürdüyü nağd kreditin hər 100 AZN/USD –si 2 şans kimi qiymətləndirilir.Üstəlik, hal-hazırda kampaniya çərçivəsində kredit götürən müştərilərə 6% -dək endirim edilir.Ətraflı məlumatı (012) 117 nömrəli telefondan, Bankın saytından (www.unibank.az) və yaxud facebook səhifəsindən (www.facebook.com/unibank.az) əldə etmək olar.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol