• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda internetin sürəti niyə aşağıdır? - AÇIQLAMA

Azərbaycanda internetin sürəti niyə aşağıdır? - AÇIQLAMA
05.02.2014 13:51
 “İnformasiya Kommunikasiya Texnologiyaları ili elan edilən 2013-cü ildə ölkədə əhalinin yaşadığı ərazinin 98%-i rəqəmsal yayımla təmin edilib, ucqar ərazilərin də rəqəmsal yayımla əhatə olunması istiqamətində işlər gedir”. APA-nın verdiyi məlumata görə, bunu rabitə və informasiya texnologiyaları nazirinin müavini İltimas Məmmədov söyləyib. İ.Məmmədov artıq 50 min elektron imza istifadəçisinin olduğunu, eyni zamanda keçən il Azərbaycanda vahid nömrə sisteminə keçildiyini bildirib: “Kənddə də, Bakıda da, o cümlədən mobil nömrələr də yeddi rəqəmlidir. Azərbaycanda “ağıllı şəbəkə” qurulmasına nail olunub. Eyni zamanda mobil telefonların qeydiyyat sistemi yaradılıb, oğurlanmış mobil telefonların şəbəkələrə qoşulmasının qarşısı alınıb”. Nazir müavini bir sıra hallarda istifadəçilərin yüksək sürətli internetdən istifadə ilə bağlı şikayətlərinə də toxunub. Onun sözlərinə görə, genişzolaqlı yüksəksürətli internetlə bağlı problemin səbəbi köhnə kabellərlə bağlıdır: “Əgər mənzil uzaqdadırsa, mis naqillə gedirsə, internetin sürətində problem olur. Bu şəbəkənin dəyişdirilməsi lazımdır. Yaxın günlərdə bununla bağlı Dövlət Proqramı təsdiqlənəcək. Bu məqsədlə Dövlət Neft Fondu 100 milyon manat vəsait də ayırıb. Həm Bakıda, həm də regionlarda, o cümlədən Naxçıvanda bu işlər həyata keçiriləcək”. ANN.Az
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol