• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı

Kapital Bank “SIBOS 2024” beynəlxalq sərgisində iştirakını uğurla yekunlaşdırdı
24.10.2024 17:24
21-24 oktyabr 2024-cü il tarixlərində Pekində baş tutan "SIBOS 2024” beynəlxalq sərgisi yekunlaşdı. Dünya maliyyə sektorunun aparıcı oyunçularını bir araya gətirən sərgi  gələcək maliyyə trendlərinin müzakirə olunduğu mühüm platforma oldu. Ölkənin birinci bankı Kapital Bank, keçdiyi rəqəmsal transformasiya yolunu və tətbiq etdiyi innovativ həlləri təqdim edərək sərgidə iştirakını uğurla tamamladı. 

Kapital Bank-ın İdarə Heyətinin sədri Fərid Hüseynovun rəhbərlik etdiyi nümayəndə heyəti dünya maliyyə nəhəngləri ilə keçirilən strateji görüşlərdə iştirak edərək rəqəmsallaşma və maliyyə texnologiyaları sahəsində beynəlxalq əməkdaşlıq perspektivlərini müzakirə etdi. Bu görüşlər bank üçün yalnız mövcud müxbir əlaqələrin gücləndirilməsi deyil, eyni zamanda yeni bazar imkanlarının dəyərləndirilməsi baxımından da əhəmiyyətli oldu. Daha bir vacib məqam isə Fərid Hüseynovun beynəlxalq mətbuata verdiyi müsahibə oldu. Müsahibədə Azərbaycanın bank sektorunda həyata keçirilən rəqəmsal transformasiya, yeniliklər və gələcək inkişaf perspektivləri haqqında geniş məlumat verildi.

Tədbir çərçivəsində Kapital Bank-ın stendində yüzlərlə ziyarətçi bankın fəaliyyət sahələri ilə tanış olaraq Azərbaycandakı bankçılıq təcrübəsi, rəqəmsal transformasiya addımları və innovativ həllər haqqında məlumat aldı. Ölkəmizin sahib olduğu milli mənəvi dəyərləri beynəlxalq arenda tanıtmaq məqsədilə ziyarətçilərə milli atributlarla zəngin xüsusi hədiyyələr təqdim olundu. 

Kapital Bank üçün "SIBOS 2024” beynəlxalq maliyyə icmasına dərin inteqrasiya, yeni tərəfdaşlıqlar və innovativ həllərin beynəlxalq arenada tanıdılması baxımından böyük əhəmiyyət kəsb edir. Qlobal maliyyə bazarının inkişafına yön verən bu tədbirdə iştirak etmək bankın uzunmüddətli strategiyasında irəliyə atılmış əhəmiyyətli addımlardan biridir.

Ölkənin birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 119 filialı və 53 şöbəsi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına, 196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün— https://kbl.az/prgtk, Birbank kartı sifarişi üçün — https://kbl.az/prcrc



www.anews.az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
İqtisadiyyat 17:32
Azərbaycan əhəng daşı istehsalını 35 % artırıb
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 09:23
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
İqtisadiyyat 20:42
Azərbaycan Hindistana neft ixracını 3 dəfədən çox artırıb
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
İqtisadiyyat 16:28
Kapital Bank beynəlxalq maliyyə bazarına çıxışını genişləndirir: “Mashreq Bank”la 105 milyon dollarlıq saziş imzalandı
ABB enerji sektorunu araşdırdı
İqtisadiyyat 16:05
ABB enerji sektorunu araşdırdı
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
İqtisadiyyat 15:50
Yelo Bank və UNEC arasında əməkdaşlıq memorandumu imzalanıb
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
İqtisadiyyat 15:39
Qarabağda dənli və dənli-paxlalı bitkilərin yığımı 7,5 faiz artıb
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
İqtisadiyyat 14:48
Azərbaycan 10 ayda kartof ixracından 30 milyon dollara yaxın gəlir götürüb
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
İqtisadiyyat 12:21
“Qırmızı Ürəklər Təhsil Təqaüd Proqramı”na müraciət üçün son günlərdir – 20 tələbə 200 AZN təqaüd alacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol