• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycanda ilk dəfə

Azərbaycanda ilk dəfə
29.01.2014 16:55
Azərbaycanda ilk dəfə mobil telefonlarda şifahi nitqi və mətnləri rus və ingilis dillərinə, eləcə də əksinə tərcümə edən proqram istifadəyə verilib.Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin (RİTN) «Dilmanc» layihəsi çərçivəsində yaradılmış «Dilmanc mobil tərcüməçi» vasitəsilə şifahi nitqi, mətni və ayrı-ayrı sözləri Azərbaycan dilindən digər dillərə və əksinə tərcümə etmək mümkündür. Bu barədə «APA-Economics»ə RİTN-dən məlumat verilib. Proqrama tərcümə nəticəsində alınmış mətni səsləndirmək imkanı da əlavə edilib. Belə ki, tək söz daxil etdikdə, həmin sözün lüğətdəki tərcüməsi, nitq hissəsi, sinonimləri və s. göstərilir. Şifahi nitqin tanınmasında səhv olduqda, alınmış mətn redaktə edilə bilər. «Dilmanc Conversation»  - «Söhbət» rejimində əcnəbi ilə canlı söhbət üçün tərcümə aləti işə düşür. Bu zaman müvafiq düymələri basmaqla Azərbaycan dilində danışdıqda xarici dildəki tərcümə, xarici dildə danışdıqda isə Azərbaycan dilindəki tərcümə səsləndirilir. Qeyd edək ki, proqram tamamilə ödənişsiz yayılır və «Google Play Store»da «Dilmanc Translator» axtarmaqla «Android» bazasında işləyən smartfonlara yüklənə bilər. Layihə rəhbəri Əbülfət Fətullayev gələcəkdə proqramın digər mobil platformalar üçün də hazırlanacağını qeyd edib. Bundan əlavə, o, layihədə böyük mətnləri Azərbaycan dilindən rus və ingilis dillərinə və əksinə əvvəlkindən daha yüksək keyfiyyətlə tərcümə edən internet saytının yaradılması üzərində işlər getdiyini bildirib. Xatırladaq ki, bir neçə ay əvvəl layihə çərçivəsində şifahi nitqi mətnə çevirən sistem istifadəyə verilib. «Dilmanc İmla» adlanan bu sistemlə keyfiyyətli mikrofondan istifadə edildikdə klaviaturada yığmaqdan bir neçə dəfə sürətli mətn daxil etmək mümkündür. Bu proqram da pulsuz olaraq layihə saytından yüklənə bilər. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol