• $
  • €
  • ₽
  • ₺
  • £

Fransızlar Gəncədə tramvay xətti çəkəcək

Fransızlar Gəncədə tramvay xətti çəkəcək
28.01.2014 12:50
Fransanın “Alstom” konsorsiumu Gəncədə tramvay xəttinin inşasında iştirak edəcək.Oxu.Az-ın APA-ya istinadən verdiyi xəbərə görə, Fransanın “Alstom İnternational” şirkətinin Avropa, Orta Asiya və Qafqaz üzrə vitse-prezidenti Filipp Romye bəyan edib ki, Azərbaycan şirkət üçün maraq kəsb edən bazardır.“Azərbaycan ölkənin inkişaf dinamikası və potensialı baxımından maraq kəsb edir”.F.Romyenin sözlərinə görə, “Alstom” konsorsiumuna məxsus NTL şirkəti Gəncədəki tramvay xətti üçün qatar tədarük edəcək, “Alstom” isə layihənin mühəndisliyini təmin edəcək. Şirkətin şəhər bələdiyyəsi ilə danışıqlar apardığını deyən vitse-prezident qeyd edib ki, layihənin optimal texniki həlli üçün böyük iş görülüb. F.Romye bildirib ki, layihənin reallaşması onun maliyyələşməsindən asılıdır.F.Romye həmçinin qeyd edib ki, şirkət Bakıdakı müxtəlif layihələrə maraq göstərir. Onun sözlərinə görə, buraya Bakıda tramvay xəttinin mümkün inşası, habelə yeni metro xətlərinin tikintisi, onların yeni qatarlar və siqnalizasiya sistemləri ilə təchizatı, “Ağ şəhər” layihəsi çərçivəsində elektrik stansiyasının inşası daxildir.“Alstom” həmçinin Azərbaycan Dəmir Yolları ASC-nin 50 lokomotivin təchizatı ilə bağlı tenderində iştirak edəcək. Tenderin bu ilin ilk yarısında keçiriləcəyi gözlənilir.“Alstom” Azərbaycanda artıq 20 ildən çox fəaliyyət göstərir. Bu müddət ərzində şirkət Bakıdakı istilik-elektrik stansiyasını qazturbin avadanlığı,  “Azərenerji” isə yüksək gərginlikli avadanlıqla təchiz edib.ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol