• $
  • €
  • ₽
  • ₺
  • £

Davosda Azərbaycan gecəsi

Davosda Azərbaycan gecəsi
29.05.2020 05:04
Davosda “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi keçirilib. AzərTAc-ın verdiyi məlumata görə, “SOCAR - Azərbaycanın enerjisi” adlı Azərbaycan gecəsi Davosda artıq üçüncü dəfədir ki, təşkil olunur. Dünya İqtisadi Forumu çərçivəsində keçirilən tədbirin məqsədi ölkəmizin dünyada daha yaxşı tanıdılması və Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) dünya biznes aləminə geniş miqyasda təqdim edilməsidir. Bununla bağlı tədbir çərçivəsində Davosda reklam lövhələrinin və banerlərin vurulması da məhz bu amilə xidmət edirdi.Minədək qonağın iştirak etdiyi gecə “Azərbaycan - gələcəyin ölkəsi” adlı videoçarxın nümayişi ilə başlayıb.Mərasimdə çıxış edən dövlət neft şirkətinin prezidenti Rövnəq Abdullayev Davos Forumunun strateji tərəfdaşı olan SOCAR-ın artıq dünya şirkətinə çevrildiyini bildirib. Son illərdə ölkəmizdə gedən sürətli inkişaf proseslərindən danışan R.Abdullayev şaxələndirilmiş neft-qaz kəmərləri sisteminə malik olan Azərbaycanın hazırda 30-dan çox ölkəyə neft-qaz məhsulları ixrac etdiyini və Avropanın enerji təhlükəsizliyində mühüm rol oynadığını deyib. Ötən ilin sonunda Bakıda imzalanan “Şahdəniz-2” müqaviləsi də bunu bir daha təsdiqləyir.Avropa İttifaqının enerji məsələləri üzrə komissarı Günter Oettinger sürətli inkişaf yolu keçən Azərbaycanda neft sənayesinin tarixindən danışıb. Komissar Xəzərin karbohidrogen ehtiyatlarının dünya bazarına çıxarılmasında ölkəmizin mühüm rolunu qeyd edib. G.Oettinger zəngin mədəniyyətə malik Azərbaycanda 2015-ci ildə keçiriləcək birinci Avropa Oyunlarının mühüm əhəmiyyətə malik olduğunu bildirib.Mərasimdə bir sıra ölkələrin hökumət nümayəndələri, dünyanın nüfuzlu media orqanlarının rəhbərləri, həmçinin iri biznes dairələrinin təmsilçiləri iştirak edib. ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol