Sürücülərə şad xəbər

Bu gün Ağstafa-Poylu-Gürcüstan Respublikası ilə dövlət sərhədi avtomobil yolunun açılışı olub.Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətinin rəhbəri Pünhan Mürsəliyev Trend-ə bildirib ki, açılış mərasimində nəqliyyat naziri Ziya Məmmədov, "Azəryolservis" ASC-nin rəhbəri Cavid Qurbanov və digər dövlət rəsmiləri iştirak ediblər.P.Mürsəliyevin sözlərinə görə, yolun ümumi uzunluğu 59 km-dir.2011-ci ilin noyabr ayında yolun əsaslə şəkildə yenidən qurulmasına başlanılıb və 2013-cü ilin dekabr ayında işlər sona çatıb.Avtomobil yolu 2 hərəkət zolağından ibarətdir.ANN.Az
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















