• $
  • €
  • ₽
  • ₺
  • £

“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək

“Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşdı: 23 tələbəyə təqaüd veriləcək
12.02.2025 14:02

İctimai və sosial əhəmiyyətli mövzularda təşəbbüsləri ilə fərqlənən Qırmızı Ürəklər Fondunun elan etdiyi “Qırmızı Ürəklər Təhsil Təqaüdü” proqramı yekunlaşıb. Proqrama ümumilikdə 306 nəfər müraciət edib. Seçim prosesini keçən 69 namizəd müsahibə mərhələsinə dəvət edilib. Sonda bütün mərhələlərdən uğurla keçən 23 tələbə proqramın qalibi olub. Qalib tələbələr 2024-2025-ci tədris ili boyunca hər ay 200 AZN məbləğində təqaüd alacaqlar.

Qaliblərin seçimi zamanı ali təhsil müəssisələrində I kursda əyani bakalavriat təhsili alan, qəbul imtahanında 600-dən yuxarı bal toplayan, dərsdənkənar fəaliyyətləri və akademik göstəriciləri yüksək olan, sosial baxımdan həssas əhali qrupuna aid olan tələbələrə üstünlük verilib.

Qeyd edək ki, layihə çərçivəsində 2022-2023 tədris ilində 26, 2023-2024-cü tədris ilində isə 25 tələbə bu imkandan yararlanma şansı əldə edib. Cari ildə təqaüd proqramı Təhsilin İnkişafı Fondu və Qırmızı Ürəklər Fondu arasındakı əməkdaşlıq memorandumu çərçivəsində həyata keçirilir. Tələbələrə təqdim ediləcək təqaüd Birbank-la Fondun 2023-cü ildə start verdiyi “Onu oxut” ianə kampaniyası çərçivəsində toplanan vəsait hesabına təmin edilir. Gələcəyin istedadlı gənclərini dəstəkləmək üçün həyata keçirilən bu təşəbbüs təhsildə bərabər imkanların təmin edilməsinə töhfə verməyi hədəfləyir.

Qaliblərin siyahısı: //bit.ly/4b23CuE


“Red Hearts” – Qırmızı Ürəklər Fondu 2019-cu ildə Kapital Bank-ın könüllü əməkdaşlarının təşəbbüsü ilə yaradılıb. 2020-ci ildə dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası, təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir. Fondun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək sözügedən mövzularda dəstək olmaq üçün //redhearts.az saytına daxil olmaq kifayətdir.

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol