AMB iki valyuta mübadilə məntəqəsini cərimələyib
![AMB iki valyuta mübadilə məntəqəsini cərimələyib AMB iki valyuta mübadilə məntəqəsini cərimələyib](https://anews.az/photo/850x500/2025/02/13/1739431565_1729862844_merkezi-bank-1-1068x693.png)
Azərbaycan Mərkəzi Bankı (AMB) iki valyuta mübadilə məntəqəsini "Bakı Mərkəzi Valyuta" və "Eliko" MMC-ni cərimələyib.
Qeyd edilib ki, Mərkəzi Bankın apardığı cari nəzarət prosesləri çərçivəsində valyuta tənzimi haqqında qanunvericiliyin tələblərinin pozulması aşkarlanıb. İnzibati Xətalar Məcəlləsinin 602.4-cü maddəsinə müvafiq olaraq, "Bakı Mərkəzi Valyuta"nın vəzifəli şəxsi Bakı Şəhəri Səbail Rayon Məhkəməsinin qərarı ilə 1 000 manat cərimə olunub. "Eliko"nun vəzifəli şəxsi isə Bakı Şəhəri Yasamal Rayon Məhkəməsinin qərarı ilə 1 500 manat, MMC özü isə valyuta tənzimi haqqında qanunvericiliyin tələblərini pozması ilə əlaqədar İnzibati Xətalar Məcəlləsinin 430.3-cü maddəsinə müvafiq olaraq, 10 334 cərimə edilib.