• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell-in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final mərhələsi keçirildi

Azercell-in dəstək verdiyi “Azərbaycan Biznes Keys Yarışması 2025”in final
mərhələsi keçirildi
17.04.2025 16:52

5 aprel tarixində Azercell-in dəstəyi ilə həyata keçirilən “Azərbaycan Biznes Keys
Yarışması 2025”in final mərhələsi baş tutub. ABŞ Təhsilli Azərbaycan Məzunları İctimai
Birliyinin təşkilatçılığı ilə keçirilən yarışmanın yekun mərhələsi ADA Universitetində keçirilib.
Müsabiqə tələbələrdə biznes analitikası, strategiya qurulması və maliyyə təhlili sahəsində
bilik və bacarıqların inkişaf etdirilməsinə yönəlib.


İştirakçılar Harvard Business Review-nun real biznes problemlərinə əsaslanan tapşırıqlar
üzərində işləyiblər. Müsabiqənin final mərhələsində yarışmaya vəsiqə qazanmış 4
komanda hazırladıqları biznes həllərini münsiflər heyətinə təqdim ediblər. Qiymətləndirmə
nəticəsində birinci yerin qalibi Team 16 (ADA Universiteti) komandası elan edilib. İkinci
yerin sahibi Team 20 (Azərbaycan Dövlət İqtisad Universiteti), üçüncü yerə isə Team 14
(Azərbaycan Dövlət İqtisad Universiteti) layiq görülüb. Qalib komandalar müvafiq olaraq
8000 AZN, 4000 AZN və 2000 AZN məbləğində pul mükafatları ilə təltif olunublar.


Qeyd edək ki, layihəyə yanvar ayında start verilib və ümumilikdə 91 komanda qeydiyyatdan
keçib. Müsahibə mərhələsindən uğurla keçən 26 komanda Biznes Akademiyası və ABCC
sessiyalarında iştirak etmiş, onlardan 16-sı yarımfinal mərhələsinə vəsiqə qazanmışdır.

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Cəmiyyət 19:01
Qobustan körpüsündə təmir: İki marşrutun hərəkət sxemi dəyişəcək
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Cəmiyyət 16:59
Separatçı əməllərin təşkilinə görə beynəlxalq axtarışda olan şəxs həbs edilib
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Cəmiyyət 16:37
Aeroportlarda VİP-dən istifadə hüququ olan şəxslərin siyahısı dəyişib
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol