• $
  • €
  • ₽
  • ₺
  • £

Səyahət sığortasını artıq Yelo App ilə ala biləcəksiniz

Səyahət sığortasını artıq Yelo App ilə ala biləcəksiniz
14.05.2025 10:52

 

 

Yelo Bank müştərilərinin rəqəmsal rahatlığı üçün yeniliklər təqdim etməyə davam edir. Budəfəki yenilik səyahət planlayanların işinə çox yarayacaq! Səfərlərinizi daha təhlükəsiz planlamaq üçün səyahət sığortasını Yelo App vasitəsilə tam onlayn ala biləcəksiniz. Bunun üçün tətbiqin “Əlavələr” menyusuna keçib, “Sığorta” bölməsində zəruri məlumatlarınızı doldurmaq kifayətdir. Bu asan və sürətli proses səfərə hazırlaşan hər kəsin səyahətini daha etibarlı etməyə kömək edəcək.

 

Yelo App vasitəsilə səyahət sığortası almaq müştərilər üçün bir sıra üstünlüklər təqdim edir. Bu xidmət istifadəçilərə rahat və sürətli şəkildə, cəmi bir neçə kliklə sığorta əldə etməyə imkan verir. Proses tam rəqəmsal olduğu üçün günün istənilən saatında və istənilən yerdən istifadə etmək mümkündür. Sığorta sənədi elektron şəkildə tətbiqdə saxlanılır, daim əlçatan olur. Bu xidmət səfər zamanı baş verə biləcək gözlənilməz hallarda maliyyə dəstəyi təmin edərək, səyahətinizi daha təhlükəsiz və rahat edir.

 

Təkcə səyahət sığortasını deyil, səfirliyə arayışı da Yelo App vasitəsilə sifariş edə bilərsiniz. Arayış, sifarişi tamamladıqdan sonra 1 iş günü ərzində kuryer vasitəsilə olduğunuz ünvana çatdırılacaq.

 

Yelo Bank, müştərilərinə rahat və istifadəçi dostu rəqəmsal həllər təklif etməyə davam edəcək. Yelo App yükləmək üçün: //bit.ly/43l80Bt 


Bank xidmətləri, o cümlədən depozit (//www.yelo.az/az/individuals/deposits/) ilə maraqlanırsınız? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
İqtisadiyyat 17:14
Bir və CineMastercard-dan yeni tərəfdaşlıq: Kino biletləri tezliklə Birbank-da
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
İqtisadiyyat 15:31
Azercell-in “Oflayn Qadınlar” layihəsi iki beynəlxalq festivalda beş mükafat qazanıb
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
İqtisadiyyat 15:17
Azərbaycanın Çinlə ticarət dövriyyəsi 2 %-ə yaxın artıb
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol