• $
  • €
  • ₽
  • ₺
  • £

“Samsung”dan yeni planşet

“Samsung”dan yeni planşet
28.05.2020 22:01
Cənubi Koreyanın “Samsung” şirkəti Las-Veqasda keçirilən “CES 2014” sərgisində 2560x1600 təsvir ölçüsünə malik 12,2 düym diaqonallı sensor displeylə təchiz edilən “Galaxy Note Pro” planşet kompüterini nümayiş edib. Bu, Cənubi Koreya istehsalçısının “TabPRO 12.2” modeli ilə birlikdə bu cür ekran ölçüsündə təqdim etdiyi ilk planşetlərindən biridir.  ANN.Az RİTN-in rəsmi saytına istinadən xəbər verir ki, kommunikasiya imkanlarından asılı olaraq qurğu səkkiznüvəli “Exynos 5 Octa” (Wi-Fi və 3G-ni dəstəkləyən model) və ya dördnüvəli “Qualcomm Snapdragon 800” prosessoruna (LTE şəbəkəsini dəstəkləyən versiya) əsaslanır. “Galaxy Note Pro” modelinin 8 meqapikselli arxa və 2 meqapikselli ön kamera, 3 giqabaytlıq operativ yaddaş, 32-64 tutumlu fləş-yaddaş, “Action Memo” funksiyaları ilə yanaşı, “S-Pen” stiliusunun (elektron qələm) köməyi ilə məlumatların daxil edilməsi və 9500 milliamper saat tutumlu “S Finder” batareyası və “Android 4.4 KitKat” əməliyyat sistemi kimi texniki xüsusiyyətlərini sadalamaq olar. “Samsung Galaxy Note Pro 12.2”-nin ölçüləri 295,6 x 204 x 7,95 mm, çəkisi 750 qram (Wi-Fi ilə təchiz olunmuş model) və ya 753 qram (3G/LTE-ni dəstəkləyən model) təşkil edir. Bundan başqa, “Galaxy Note Pro 12.2” ilə birlikdə texniki xüsusiyyətlərinə görə onun bənzəri olan “TabPRO 12.2” planşet kompüter modeli (S-Pen ilə təchiz edilməyən) də istehsal olunacaq. “Samsung Galaxy Note Pro 12.2”-nin satışa çıxarılması və qiyməti haqqında hələlik məlumat verilmir. Planşet “Android 4.4 KitKat” əməliyyat sistemi ilə təchiz edilməklə satışa çıxarılacaq. Şirkət yeni qurğuda çoxsaylı servislərlə yanaşı, əvvəlcədən quraşdırılmış əlavələrin də yer alacağını bildirib.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol