• $
  • €
  • ₽
  • ₺
  • £

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!

İnvestisiya dünyasına Birbank Invest-lə addım atın, daha çox qazanın!
24.06.2025 14:52

Rəqəmsal yeniliklərdə sərhəd tanımayan Birbank bu dəfə müştərilərinə investisiya dünyasının qapılarını açır. Belə ki, 3 milyondan çox aktiv istifadəçisi olan Birbank ailəsinə tamamilə yeni mobil tətbiq – Birbank Invest qoşulur. PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə həyata keçirilən layihə hər kəsə qlobal maliyyə bazarlarına rahat və sərfəli çıxış təqdim edir. Birbank Invest-lə dünyaca məşhur şirkətlərin səhmdarına çevrilmək, qlobal maliyyə bazarlarına çıxış əldə etmək bir klik qədər rahat, zamansız və təhlükəsizdir. 


Qeyd edək ki, Birbank brendinin təqdim etdiyi Birbank Invest, Azərbaycanda bank tərəfindən “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə təqdim olunan ilk müstəqil investisiya tətbiqidir. Tətbiq həm investisiya sahəsində ilk addım atanlar, həm də təcrübəli investorlar üçün nəzərdə tutulub. İstifadəçilər bu innovativ platforma sayəsində sərvətlərini asanlıqla idarə edə, investisiya imkanlarından effektiv şəkildə faydalana bilərlər.


Kapital Bank-ın əmtəə nişanı olan Birbank Invest istifadəçilərinə unikal fürsətlər təqdim edir:
-    ABŞ-ın aparıcı şirkətləri və ETF-lər daxil olmaqla, 11 000-dən çox maliyyə alətinə çıxış imkanı;


-    Cəmi 1 ABŞ dolları ilə investisiyaya fürsəti; 
-    Hissəli səhmlərlə sərfəli və əlçatan yatırım;
-    Əlavə sənəd tələb olunmadan, sürətli və tam rəqəmsal qeydiyyat prosesi;
-    CFD deyil, səhmlərin birbaşa istifadəçinin adına rəsmiləşdirilməsi ilə şəffaf sahibliyin təmin olunması;
-    7/24 sifariş qəbul etmə imkanı və real vaxtda portfel izləmə funksiyası;
-    Kartı manual olaraq əlavə etmədən vəsaiti anındaca yükləmə imkanı; 
-    Rəqabətli komissiya şərtləri: əməliyyat üzrə cəmi 0.2%, minimum 1 ABŞ dolları, maksimum 100 ABŞ dolları;
-    Yüksək səviyyəli təhlükəsizlik sistemi və SIPC sığortası ilə istifadəçi balansının 500 000 ABŞ dollarınadək sığortalanması;
Birbank Invest mobil tətbiqini həm “App Store”, həm də “Google Play” platformalarından yükləmək mümkündür. 
Mobil təbiqi yükləmək üçün: //onelink.to/ryprcz 
2025-ci ilin iyun ayında müştərilərə təqdim olunan Birbank Invest – Birbank brendinin ilk müstəqil investisiya tətbiqidir.  İstifadəçilərə beynəlxalq maliyyə bazarlarına rahat, təhlükəsiz və əlçatan çıxış imkanı yaradan rəqəmsal platforma “PAŞA Kapital İnvestisiya Şirkəti” QSC ilə birgə əməkdaşlıq çərçivəsində hazırlanıb. 


Birbank Invest barədə daha ətraflı məlumat almaq üçün //birbankinvest.az/ saytına keçid edə, onlayn çat vasitəsilə birbaşa sorğularınızı ünvanlaya, 196 Sorğu Mərkəzinə zəng edə və ya Bank Invest-in müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz - //linktr.ee/birbank.invest. 
 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol