• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR 19 milyon cərimələndi

SOCAR 19 milyon cərimələndi
28.05.2020 22:02
Türkiyənin Maliyyə Nazirliyi son aylarda yoxlamalarını artıraraq xüsusilə nəhəng şirkətlərə inanılmaz dərəcədə böyük vergi cəzaları kəsib.
 
"Axar.az" türk mediasına istinadən xəbər verir ki, ən son “Turkcell”ə cəza verən Maliyyə Nazirliyi Böyük Mükəlləflər Vergi Dairəsi vergi cəzalarını şirkətlərdən tələb etməyə başlayıb.
 
“Turkcell” - 527.7 milyon TL
 
Maliyyə Nazirliyi “Turkcell”ə 2008-2012 dövrü üçün ümumilikdə 527.7 milyon türk lirəsi vergi cəzası kəsib. Şirkət Nazirliyə 211.1 milyon lirə vergi və vergi cəzası olaraq 316.6 milyon lirə olmaqla cəmi 527.7 milyon lirə vergi ödəməlidir. “Turkcell” bu vergi və vergi cəzası haqqında bütün qanuni haqlarından istifadə edəcəyini bildirib.
 
“Tofaş” - 85.7 milyon TL
 
"Koç" qrupuna aid olan “Tofaş”a 2008-2010 maliyyə illəri ilə əlaqədar gecikmə cəzası xaric, ümumilikdə 67.5 milyon lirə vergi cəzası kəsilib. “Tofaş”ın açıqlamasına görə, şirkətdən vergi cəzası daxil olmaqla 2008-ci il üçün 29.3, 2009-cu il üçün 18.3, 2010-cu il üçün 19.9 milyon lirəlik vergi və vergi cəzası tələb edilib. Edilən yoxlamalar nəticəsində Tofaşa kəsilən vergi cəzası ümumilikdə 85.7 milyon lirəyə yüksəlib.
 
“Petkim” 19.2 milyon TL
 
“Petkim”ə ümumilikdə 19.2 milyon TL vergi cəzası kəsilib.
Vergi dairəsi tərəfindən etdiyi idxalatlarla əlaqədar olaraq şirkətə 2008-2009-2010-2011 və 2012-ci illərə aid 9.6 milyon TL vergi və 9.6 milyon TL vergi cəzası kəsilib. Şirkət verdiyi açıqlamada bu vergiləri üzərindən götürmək üçün bütün qanuni haqlarından istifadə edəcəyini və bu mərhələdə hər hansı ödəmə edilməyəcəyini bildirib.
Qeyd edək ki, Petkim şirkətinin səhmlərinin 51 faizdən çox hissəsi hazırda Azərbaycan Dövlət Neft Şirkətinə məxsusdur. SOCAR bu səhmlərə 2007-ci ildən nəzarət edir.
ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol