Putin ExxonMobil-ə “Sakhalin-1” layihəsində payını bərpa etməyə icazə verib

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın enerji nəhəngi ExxonMobil-ə “Sakhalin-1” neft-qaz layihəsindəki 30%-lik payını bərpa etməyə imkan verən fərman imzalayıb. Sənəd hökumətin rəsmi hüquqi informasiya portalında dərc olunub.
Qərar Putinin ABŞ prezidenti Donald Trampla Alyaskada görüşü ərəfəsində qəbul edilib. ExxonMobil bu paya əvvəllər Exxon Neftegas adlı törəmə şirkəti vasitəsilə sahib idi.
Şirkət 2022-ci ildə Qərbin sanksiyalarından sonra Rusiyadan çıxaraq 4,6 milyard dollar zərərə düşüb.
N.Təbrizli
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib























