• $
  • €
  • ₽
  • ₺
  • £

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir

Azercell enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini genişləndirir
21.08.2025 14:35

 

Həyata keçirilən layihələr nəticəsində əhəmiyyətli enerji qənaətinə nail olunub

 

Azercell ESG strategiyası çərçivəsində enerji səmərəliliyi və ətraf mühit təşəbbüslərini davamlı şəkildə genişləndirir və bu istiqamətdə bir sıra önəmli layihələri uğurla həyata keçirir.

2022-2024-cü illər ərzində ümumilikdə 3,628 MWh enerji qənaəti qeydə alınıb. Bu göstərici Bakı-Abşeron zonasında enerji istifadəsində illik 9%, digər regionlarda isə 11% azalma ilə müşahidə olunub. Enerji səmərəliliyinin ekoloji təsiri də mühüm nəticələr göstərir - ümumilikdə 1,705-ton karbon emissiyası azaldılıb ki, bu da təxminən 81,190 ağacın atmosferə verdiyi faydaya bərabərdir.

2025-ci ilin yanvar ayından etibarən bütün şəbəkə məntəqələrində tətbiq olunan qabaqcıl enerji qənaəti texnologiyaları sayəsində isə bu ilin ikinci rübündə 198 MWh enerji qənaət olunub, 140-ton karbon emissiyasının qarşısı alınıb.

Azercell-in günəş enerjisi layihələri də şirkətin bu strategiyası çərçivəsində əsas istiqamətlərdən birini təşkil edir. Hazırda mobil operatorun 3,700-dən artıq LTE baza stansiyasının 37-si günəş enerjisi ilə çalışan hibrid stansiyalardır. Qeyd edək ki, onlardan 35-i Qarabağ ərazisində yerləşir. Bu stansiyalar vasitəsilə ötən il 300,000 kWh-dan çox günəş enerjisi istehsal olunub və bu enerjinin 95%-i məhz Qarabağ bölgəsinin payına düşüb. Region üzrə orta aylıq enerji istehsalı 33,120 kWh təşkil edərək enerji tələbatının təxminən 14%-ni qarşılamağa imkan verib.

Azercell-in strateji yanaşması enerji səmərəliliyinin artırılması ilə yanaşı, həm də əməliyyat xərclərinin azaldılmasını, karbon izinin minimuma endirilməsini və texnologiyanın ekoloji baxımdan uyğunlaşdırılmasını hədəfləyir. Şirkət bu istiqamətdə fəaliyyətlərini genişləndirərək ölkədə yaşıl enerjiyə keçidi təşviq edir.

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol