• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan və İran qaz müqaviləsini yeniləyib

Azərbaycan və İran qaz müqaviləsini yeniləyib
29.08.2025 07:24

Azərbaycan İranla Naxçıvan Muxtar Respublikası üçün qaz svop əməliyyatları üzrə sazişin müddətini  uzadıb və tədarük sxeminə Türkmənistan qazını daxil edib. Bu barədə SOCAR-dan olan 3 mənbə məlumat verib. 

2005-ci ildən qüvvədə olan iyirmi illik saziş çərçivəsində Azərbaycan qazı Astaradan İrana ötürülür, İran isə onu Culfa üzərindən Naxçıvana çatdırırdı.

Müxtəlif dövrlərdə sutkalıq maksimum həcmlər 6 milyon kubmetrə çataraq, ölkənin əsas hissəsindən təcrid olunmuş, İran, Türkiyə və Ermənistanla həmsərhəd olan muxtar bölgənin enerji təminatını təmin edirdi.

Bu il uzunmüddətli kontrakt başa çatıb, lakin tərəflər onu orta müddətli əsasda və daha yumşaq şərtlərlə uzatmaq barədə razılığa gəliblər.

Yeni sazişə görə, Naxçıvana sutkada bir milyon kubmetrədək qaz veriləcək. Bunun müqabilində İran Türkmənistandan qaz qəbul edir, bir hissəsini daxili ehtiyaclar üçün istifadə edir, digərini isə Naxçıvana yönləndirir.

Azərbaycan isə Astaradakı qazkompressor stansiyası vasitəsilə kompensasiya edərək balansı qoruyur.

Martın əvvəlindən Naxçıvan həm də Türkiyənin İğdır şəhərindən Sədərək rayonuna çəkilən yeni boru kəməri ilə qaz alır ki, bu da muxtariyyətin enerji təhlükəsizliyini əhəmiyyətli dərəcədə gücləndirib.

İran üçün bu cür sxemlər strateji əhəmiyyət daşıyır. 2025-ci ilin martında  Tehran Türkmənistanla türkmən qazının Türkiyəyə svop tədarükü barədə saziş imzalayıb.

“Türkmənqaz” dövlət şirkəti illərdir boş qalan İran–Türkiyə ixrac boru kəmərindən istifadə etməyə başlayaraq BOTAS şirkətinə ildə 4 milyard kubmetrə qədər qaz göndərməyə razılaşıb.

Beləliklə, yazdan etibarən İran gündəlik 6 milyon kubmetrədək türkmən qazını Türkiyə ilə dəyişərək həm sıx məskunlaşmış şimal-şərq vilayətlərini, həm də sənaye mərkəzlərini təmin etmək imkanlarını artırıb.

Türkmənistan üçün bu əməkdaşlıq Qərb istiqamətində qaz ixracının inkişafı baxımından yeni perspektivlər açır, baxmayaraq ki, hələlik söhbət nisbətən kiçik həcmli tədarüklərdən gedir. Türkmən qazının əsas ixrac axınları isə hələ də Çinə yönəlib.

Türkiyənin svop layihələrinə qoşulması onun regional qaz nəqli qovşağı rolunu gücləndirir. Azərbaycanın iştirakı isə Türkmənistan, İran, Azərbaycan və Türkiyə arasında qarşılıqlı fayda və dəstəyə əsaslanan enerji əməkdaşlığının əlavə konturunu formalaşdırır.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol