• $
  • €
  • ₽
  • ₺
  • £

1380 əmanətçi SSRİ-dən qalan bank əmanətini almayıb

1380 əmanətçi SSRİ-dən qalan bank əmanətini almayıb
28.05.2020 21:58
 Ötən il iyunun 1-də başlanan SSRİ Əmanət Bankının Azərbaycan Respublikası Bankının Azərbaycan vətəndaşları olan əmanətçilərinə fərdi birdəfəlik ödəmələrin verilməsi prosesi 2013-cü il dekabrın 31-də başa çatır.Ötən dövr ərzində vətəndaşların müraciətləri əsasında 1 622 345 əmanət hesabı üzrə 597 320 421 manat məbləğində vəsait ödənilib. «APA-Economics»in xəbər verdiyi kimi, bu barədə Maliyyə Nazirliyinin nəzdində yaradılmış Xüsusi Komissiyanın sədri Razim Vəiyev bəyan edib.R.Vəliyev bildirib ki, ümumilikdə hesablamalara görə, ödəmələrin verilməsi təxminən 2,4 min əmanət hesabını əhatə etməli idi, lakin göründüyü kimi, real göstərici daha aşağı olub. Qalan hissəni əsasən müraciət edilməyən hesablar təşkil edir. R.Vəliyevin fikrincə, müraciətin edilməməsinin əsas səbəbi həmin hesablarda əmanətlərin kiçik məbləğdə olması ilə bağlıdır.R.Vəliyevin sözlərinə görə, Komissiyanın qərarları əsasında 108 176 əmanət hesabına münasibətdə itirilmiş və ya təqdim olunmaq üçün yararsız vəziyyətə düşmüş əmanət kitabçasını əvəz edən sənəd verilib ki, birdəfəlik ödəmələr həmin qərarlara əsasən həyata keçirilib. Eyni zamanda Komissiyaya daxil olmuş 5 minə yaxın ərizə, 1 200-yə yaxın elektron müraciət, Komissiyanın «qaynar xəttinə» daxil olmuş 30 mindən artıq müraciət operativ şəkildə araşdırılaraq cavablandırılıb.R.Vəliyev bir daha elan edib ki, ödəmələrin verilmə prosesinin başa çatmasına bir neçə gün qalıb. Ümumilikdə, bu günə kimi təxminən 1 380 əmanətçi var ki, onlar gəlib öz vəsaitlərini götürməlidir. Qeyd edək ki, bunlar ötən ilin dekabrın 31-dən müraciət edən, lakin hələlik ödəmələrini götürməyənlərdir.R.Vəliyev həmçinin bəyan edib ki, SSRİ dövründən qalan bank əmanətlərinin qaytarılması problemi ilə bağlı Azərbaycanda MDB ölkələri arasında ən irihəcmli və çevik mexanizm tətbiq edilib. Belə ki, Azərbaycanda hər 1 000 rubla görə təxminən 190 dollar ödənilib və bundan əlavə müraciətə baxılma və verilmə müddətləri də çox qısa olub.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol