Azərbaycan nefti ucuzlaşıb

Dünya bazarında "Azeri Light" markalı Azərbaycan neftinin qiyməti 0,25 ABŞ dolları və ya 0,36% azalaraq bir barel üçün 69,87 ABŞ dollarına enib.
Qiymət dəyişməsi beynəlxalq birjalarda neftin ümumi ucuzlaşması fonunda baş verib. "Brent" markalı neftin dekabr fyuçersləri hazırda 67,09 ABŞ dolları səviyyəsində ticarət olunur.
Ceyhan limanında FOB şərtləri ilə satılan "Azeri Light" neftinin qiyməti isə 0,3 dollar (0,44%) azalaraq 68,24 dollar təşkil edib.
Azərbaycanın 2025-ci il üçün dövlət büdcəsində bir barel neftin orta qiyməti 70 ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Mövcud qiymət bu proqnozdan aşağıdır.
"Azeri Light" Azərbaycanın əsas ixrac neftidir və onun hasilatı əsasən "Azəri-Çıraq-Günəşli" yataqlar blokunda həyata keçirilir. Layihədə SOCAR-ın 31,65% payı var.
Bu markanın tarixi minimum qiyməti 2020-ci ilin aprelində 15,81 dollar, maksimumu isə 2008-ci ilin iyulunda 149,66 dollar olub.
Aytac
Son xəbərlər
Daha çox 