• $
  • €
  • ₽
  • ₺
  • £

“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub

“Nar” Azərbaycan dilinə həsr olunmuş beynəlxalq simpoziuma dəstək olub
31.10.2025 14:15

Sərfəli mobil operator “Nar” ana dilimizin qorunması və təbliği istiqamətində həyata keçirilən təşəbbüslərə dəstək verməyə davam edir. Şirkət bu dəfə Azərbaycan dili və ədəbiyyatının Türk dünyasında tədqiqinə həsr olunmuş II Beynəlxalq elmi simpoziumun tərəfdaşı olub. Simpozium Türkiyədə fəaliyyət göstərən yeganə Azərbaycan dili və ədəbiyyatı bölüməsinin 20 illiyinə və Qarabağ Zəfərinin 5 illiyinə həsr olunub. Layihənin məqsədi Azərbaycan dilinin və ədəbiyyatının beynəlxalq elmi müstəvidə öyrənilməsini, araşdırılmasını və təbliğini təşviq etməkdir.

Türkiyənin Qars şəhərində keçirilən simpozium Qafqaz Universitetinin təşkilatçılığı, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycan Respublikasının Qarsdakı Baş Konsulluğu və Türkiyə-Azərbaycan Dərnəkləri Federasiyası, Xəzər Universiteti və Qarabağ Universitetinin tərəfdaşlığı ilə baş tutub. İki gün davam edən tədbirdə Azərbaycan, Türkiyə, Qazaxıstan, Özbəkistan və digər ölkələrdən 100-dən çox alim və tədqiqatçı iştirak edib. Onlar Azərbaycan dilinin Türk dünyasında rolu, ədəbiyyatımızın müasir tədqiqat istiqamətləri və dilin qloballaşma şəraitində qorunması kimi mövzularda məruzələrlə çıxış ediblər. 

Ana dilinə dəyər vermək və milli kimliyimizin əsas sütunu olan Azərbaycan dilinin yaşadılmasına dəstək “Nar”ın korporativ sosial məsuliyyət strategiyasının mühüm istiqamətlərindəndir. Mobil operator bu kimi layihələr vasitəsilə gənc nəsildə ana dilinə sevginin və aşılanması, eləcə də, Azərbaycan mədəni irsinin beynəlxalq səviyyədə tanıdılmasına töhfə verir. 

Hazırda 2,2 milyon abunəçiyə xidmət göstərən “Nar” son 6 il ərzində Müştəri Loyallığı İndeksi göstəricisinə əsasən Azərbaycanda lider mobil operatordur. Bu uğurun arxasında “Nar”ın ardıcıl şəkildə həyata keçirdiyi müştəriyönümlü strategiya dayanır. Mobil operator istifadəçilərinə sərfəli qiymət qarşılığında dayanıqlı və yüksək keyfiyyətli rabitə xidmətləri, müxtəlif internet paketləri və müasir eSim texnologiyası təqdim edir.

 

Aytac ZeynalovaMüəllifAytac ZeynalovaBütün xəbərləri
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol