DSMF-in büdcədən asılılığı azaldılmalı, işsizlikdən sığorta fondunun xərclərində şəffaflıq artırılmalıdır - Deputat
Milli Məclisin deputatı Vüqar Bayramov büdcə müzakirələri zamanı sosial istiqamətlərin dayanıqlığının artırılması ilə bağlı bir sıra təkliflərlə çıxış edib.
Deputat qeyd edib ki, DSMF-in dövlət büdcəsindən asılılığının azaldılması üçün yığım potensialının artırılması istiqamətində işlər daha sistemli aparılmalı, bununla bağlı konkret tədbirlər planı hazırlanmalıdır.
Onun sözlərinə görə, işsizlikdən sığorta fondunun büdcə layihəsi təqdim edilərkən aktiv sosial proqramlara ayrılan vəsaitlərin səmərəliliyinə dair ayrıca arayış da təqdim edilməlidir. Xüsusilə də özünəməşğulluq proqramının nəticələri üzrə müntəzəm qiymətləndirmə aparılması vacibdir.
Vüqar Bayramov həmçinin bildirib ki, fondun vəsaitlərindən sığorta məqsədi ilə daha geniş istifadə olunması üçün istifadə qaydalarına yenidən baxılmalı, meyarların sayı artırılmalıdır.
Deputat sonda vurğulayıb ki, işsizlikdən sığorta fondunun büdcəsində saxlama xərclərinin maksimum həddi müəyyənləşdirilməli və xərclər optimallaşdırılmalıdır.
Gülnar Nazimqızı