Valyutamız artmasına baxmayaraq yenə vergilər tətbiq edirik - Deputat
Azərbaycanda hazırda valyuta ehtiyatlarının artmasına baxmayaraq yeni vergilər tətbiq edilir. Bunu Mili Məclisin deputattı Qüdrət Həsənquliyev deyib.
Deputat həmçinin bildirib ki, sahibkarların nağd vəsaitə çıxış imkanları məhdudlaşır.
Onun sözlərinə görə, 30 mindən çox vəsait olduğu halda sahibkar bank hesablarındakı vəsaitləri tam şəkildə nağdlaşdırmaqda çətinlik çəkir və bu, biznes dövriyyəsinə mənfi təsir göstərir.
Həsənquliyev deyib ki, sahibkarlar 4% vergi ödəməklə vəsaiti nağdlaşdırmağa razıdır, lakin mövcud mexanizm belə bir imkanı tam təmin etmir.
Deputat bu məhdudiyyətlərin yumşaldılmasının biznes mühitinin yaxşılaşdırılması baxımından vacib olduğunu vurğulayıb.
Gülnar Nazimqızı