• $
  • €
  • ₽
  • ₺
  • £

İran gələn il “Şimal–Cənub” üzrə yükdaşımaları 5 milyon tona çatdırmağı planlaşdırır

İran gələn il “Şimal–Cənub” üzrə yükdaşımaları 5 milyon tona çatdırmağı planlaşdırır
26.11.2025 18:46

İran 2026-cı ildə “Şimal–Cənub” beynəlxalq nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmini hazırkı 2,7 milyon tondan 5 milyon tona yüksəltməyi planlaşdırır. Bu barədə Anews-a İran Dəmir Yollarının rəhbəri Cabbar-Əli Zakəri məlumat verib.

Onun sözlərinə görə, əsas problem Azərbaycan və İran dəmir yollarını birləşdirməli olan Astara–Rəşt dəmir yolu xəttinin hələ tamamlanmamasıdır. Buna baxmayaraq, Tehran nəzərdə tutulan yük həcmini avtomobil nəqliyyatı hesabına təmin etməyi planlaşdırır.

Zakəri bildirib ki, Rəşt–Astara dəmir yolunun tikintisinə 2026-cı ilin martında başlanacaq və proses dörd il davam edəcək, bunun üç ili birbaşa tikinti işlərinə sərf olunacaq.

O əlavə edib ki, 161 kilometr məsafənin 95 kilometri üzrə torpaq sahələrinin alınması artıq başa çatdırılıb və bu proses Novruz bayramına qədər tam yekunlaşacaq. Dəmir yolunun tikintisini həyata keçirəcək Rusiya şirkəti paralel olaraq layihələndirmə işlərini aparır.

İran Dəmir Yollarının rəhbərinin sözlərinə görə, layihənin dəyəri 1 milyard dollardan çoxdur və maliyyələşdirmə Rusiya tərəfindən təmin olunacaq.

Zakəri onu da qeyd edib ki, hər il təxminən 2,7 milyon ton yük “Şimal–Cənub” dəhlizi ilə İrana daşınır, bunun 700 min tonu Azərbaycan ərazisindən, qalan hissəsi isə şərq istiqamətindən, İnceburun stansiyası vasitəsilə həyata keçirilir.

N.Təbrizli

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Cəmiyyət 16:03
Əli Kərimlinin məhkəməsi başlayıb- Yenilənib
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Cəmiyyət 15:43
Ucar sakini cərəyan vurması nəticəsində ölüb
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
Cəmiyyət 14:54
Azad edilmiş ərazilərdə 12 621 nəfərin məşğulluğu təmin edilib
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Cəmiyyət 14:25
MKA: “WhatsApp”da Zəfər Günü ilə bağlı saxta pul mükafatı kampaniyası yayılır
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Cəmiyyət 14:13
Novxanıdakı “milyonluq saray”ın sahibi həbs edilib
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
Cəmiyyət 14:02
Azərbaycanda 13 il əvvəl törədilmiş qətlin üstü açılıb
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Cəmiyyət 13:40
DYP payız-qış mövsümünə hazırlıqla bağlı xəbərdarlıq edib
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Cəmiyyət 13:09
Bakıda müşahidə olunan dumanlı havanın səbəbi açıqlanıb
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Cəmiyyət 13:04
Deputat xarici aqronom və baytarlarla bağlı təklif verib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol