• $
  • €
  • ₽
  • ₺
  • £

SAZZ 4G İnternetin Yeni İl kampaniyası başladı

SAZZ 4G İnternetin Yeni İl kampaniyası başladı
16.12.2013 15:46

Qarşıdan gələn yeni il münasibəti ilə dekabr ayının 16-dən etibarən Sazz 4G İnternet provayderi ənənvi hədiyyə və güzəştlər kampaniyasına start verdi.  2014-cü il yanvarın 19-dək davam edəcək kampaniya günlərində həm abunəçi olmaq istəyənlərə, həm də mövcud müştərilərə cəlbedici hədiyyə və güzəştlər təqdim olunacaq. 

Belə ki,  iki aylıq abunə haqqını ödəyən bütün yeni abunəçilərə Sazz USB fleş modemi və bir aylıq pulsuz İnternet hədiyyə olunacaq.  Qeyd edək ki, Sazz İnternetin “Yeniyetmə” adlı filtrlənmiş İnternet paketini əldə edənlərə də eyni şərtlərlə hədiyyə təqdim olunacaq.

Bayram güzəştləri Wimaxion simsiz portativ modemi də əhatə edir. Kampaniya günlərində Wimaxion modemini 20 faiz endirimlə əldə etmək mümkün olacaq. 

Mövcud abunəçilər kampaniyanın qüvvədə olduğu müddət ərzində növbəti istifadə haqlarını ödəyərkən əlavə pulsuz İnternet vaxtı əldə edəcəklər. Belə ki, 60 günlük istifadə haqqını birbaşa ödəyən Sazz abunəçilərinə əlavə 7 gün,  120 günlük istifadə haqqını ödəyənlərə isə əlavə 30 gün pulsuz İnternet hədiyyə olaraq təqdim ediləcək. Beləliklə, faktiki olaraq bu paketlərdən faydalanan abunəçilərə İnternetdən istifadə haqqı 10-20% daha ucuz başa gələcək.

Yeni il kampaniyası Sazz 4G Internetin Süleyman Rüstəm küçəsi, 9 ünvanında yerləşən baş ofisində, eləcə də bütün Sazz 4G satış nöqtələrində keçərli olacaq. Sazz 4G xidmətləri haqqında daha geniş məlumatları www.sazz.az saytından, Sazz 4G feysbuk səhifəsindən, 191 nömrəli qaynar xətdən, habelə həftənin bütün günləri işləyən istənilən Sazz 4G satış nöqtəsindən əldə etmək olar. 

Azərbaycanda 4G texnologiyası əsasında fəaliyyət göstərən genişzolaqlı simsiz İnternet xidməti olan SAZZ 4G Bakı, Gəncə, Xırdalan, Sumqayıt, Mingəçevir, Gəncə, Zaqatala, Balakən, Qax, Quba, Qusar və Xaçmaq şəhərlərində xidmət göstərir. 2014-cü ilin ilk yarısında Sazz 4G İnternet gələn Şəki, Lənkəran, Astara, Masallı və Lerik şəhərlərində də fəaliyyətə başlamağı planlaşdırır.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol