• $
  • €
  • ₽
  • ₺
  • £

Bakıda Dədə Qorqud parkı açıldı

Bakıda Dədə Qorqud parkı açıldı
13.12.2013 15:06
 Dekabrın 13-də Bakıda Dədə Qorqud parkının açılışı olub.APA-nın məlumatına görə, açılış mərasimində Azərbaycan prezidenti İlham Əliyev də iştirak edib. Geniş tikinti və abadlıq işləri nəticəsində Bakının Nərimanov rayonunda 6 hektar ərazidə Dədə Qorqud parkı salınıb. Parkın mərkəzində “Kitabi-Dədə Qorqud” abidəsi ucaldılıb. Abidənin müəllifi əməkdar rəssam, heykəltəraş Görüş Babayevdir. Dövlət başçısı əvvəlcə Azərbaycanın elm, təhsil və mədəniyyət ictimaiyyətinin tanınmış nümayəndələri ilə görüşüb. Prezident İlham Əliyev mərasimdə çıxış edib. Sonra Azərbaycan Yazıçılar Birliyinin sədri, xalq yazıçısı Anar, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Kamal Abdullayev və xalq rəssamı Görüş Babayev çıxış edərək dövlət başçısına minnətdarlıqlarını çatdırıblar. Azərbaycan Prezidenti abidənin üzərindəki örtüyü götürüb. Daha sonra dövlət başçısı və tədbir iştirakçıları parkla tanış olublar. Parkın 6 hektarlıq ərazisinin yarısında göl, parkda isə müasir şəlalə yaradılıb, gəzinti üçün körpülər inşa edilib. Dövlət başçısı parkda yaradılmış şəraitdən razılığını bildirib.ANN.Az
Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
İqtisadiyyat 12:43
Новая функцияYeloInvest: узнайте больше о своём портфеле!
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
İqtisadiyyat 12:22
"Nar”ın baş icraçı direktoru rəqəmsal texnologiyalarla bağlı təlim keçib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol