• $
  • €
  • ₽
  • ₺
  • £

Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib

Bank Respublika I rübün yekunlarına görə ölkənin bank sektorunun drayverlərindən biri statusunu təsdiqləyib
15.04.2026 09:56

 “Bank Respublika” I rübdə əsas maliyyə göstəriciləri üzrə nəzərəçarpacaq artım əldə edib.

Ölkənin aparıcı banklarından biri olan Bank Respublika, 2026-cı ilin birinci rübü üzrə maliyyə nəticələrini açıqlayıb. Hesabat dövrünün yekunlarına əsasən, Bank əsas maliyyə istiqamətləri üzrə dayanıqlı inkişaf dinamikasını qoruyub saxlayaraq bazardakı lider mövqelərini daha da gücləndirib.

 

Əldə olunan nəticələr müştəri yönümlü yanaşmanın gücləndirilməsi, rəqəmsal imkanların genişləndirilməsi və risklərin effektiv idarə olunmasına əsaslanan dayanıqlı biznes modelinin ardıcıl tətbiqinin məntiqi nəticəsidir.

 

Belə ki, Bank ötən ilin müvafiq dövrü ilə müqayisədə əsas maliyyə göstəricilərində artım əldə edərək nəzərəçarpacaq müsbət dinamika nümayiş etdirib.

 

2026-cı ilin birinci rübü üzrə əsas maliyyə göstəriciləri:

  • Aktivlər 18% artaraq 2,64 mlrd manat təşkil edib;
  • Məcmu kapital 13,5% artaraq 264,05 mln manat olub;
  • Kredit portfeli 9% artaraq 1,64 mlrd manat təşkil edib;
  • Xalis faiz gəlirləri 15,2% artaraq 47,2 mln manat olub;
  • Xalis əməliyyat mənfəəti 22,7% artaraq 22,4 mln manat səviyyəsinə çatıb;
  • Xalis mənfəət 17,7% artaraq 17,03 mln manat təşkil edib.
  • Depozit portfeli 1,2 mlrd manat olmuşdur ki, bu da ölkə bankları arasında ən yüksək göstəricilərdən biridir.

Maliyyə sabitliyinin mühüm göstəriciləri:

  • I dərəcəli kapitalın adekvatlıq əmsalı - 10,15% (norma 6,5%)
  • Məcmu kapitalın adekvatlıq əmsalı - 13,23% (norma 12,5%)
  • Leverec əmsalı - 7,57% (norma 5%)
  • Qeyri-işlək kreditlərin bankın ümumi kredit portfelindəki payı - 0,77% təşkil edib, bu isə bank sektorunda ən aşağı göstəricilərdən biridir.

Qeyd etmək lazımdır ki, 2026-cı ilin birinci rübü ərzində Bank Respublika, müştəri xidmətinin keyfiyyətini artırmaq və məhsul çeşidini genişləndirmək məqsədilə bir sıra strateji təşəbbüsləri uğurla həyata keçirib. Xüsusilə rəqəmsal transformasiya sahəsində atılan addımlar, bank xidmətlərinin əlçatanlığını və operativliyini əhəmiyyətli dərəcədə artırıb.



 

? Daha ətraflı məlumat üçün:
? Veb sayt: www.bankrespublika.az
? Sosial şəbəkələr:  ? Facebook | ? Instagram | ? LinkedIn      | ? Telegram
? Çağrı Mərkəzi: 144 

 

 

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol