• $
  • €
  • ₽
  • ₺
  • £

İİB Qrupu Azərbaycana 1 milyard dollardan çox vəsait ayırıb

İİB Qrupu Azərbaycana 1 milyard dollardan çox vəsait ayırıb
07.05.2026 10:27

1992-ci ildən İslam İnkişaf Bankı dövlət zəmanəti ilə 18 tamamlanmış və bir davam edən layihə üzrə Azərbaycana 1 milyard dollardan çox vəsait ayırıb. Azərbaycan və İslam İnkişaf Bankı Qrupu özəl sektorun maliyyələşdirilməsi, ticarətin maliyyələşdirilməsi, investisiya sığortası və infrastrukturun inkişafı sahələrində əməkdaşlığı genişləndirir. Bunu AZPROMO-nun icraçı direktoru Yusif Abdullayev Bakıda keçirilən İİB Qrupunun özəl sektor üzrə roadshow tədbirində bildirib.

Onun sözlərinə görə, tədbirin əsas məqsədi 2026-cı il iyunun 16-19-da Bakıda keçiriləcək İİB Qrupunun illik toplantıları və Özəl Sektor Forumu ərəfəsində bankın Azərbaycanın özəl sektoru ilə əlaqələrini gücləndirməkdir.

Abdullayev bildirib ki, tədbirə kənd təsərrüfatı, qida istehsalı, maliyyə, sığorta, tikinti, infrastruktur, logistika, enerji, İKT, istehsal, turizm, səhiyyə və konsaltinq sahələrində fəaliyyət göstərən 100-ə yaxın Azərbaycan şirkəti qatılıb.

O qeyd edib ki, Azərbaycan 1992-ci ildən İİB-nin üzvüdür.

Abdullayevin sözlərinə görə, ITFC Azərbaycanın özəl sektoruna 83 milyon dollardan çox kredit xətti ayırıb.

N.Təbrizli

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol