• $
  • €
  • ₽
  • ₺
  • £

ABB Körfəz investorlarından cəlb etdiyi maliyyənin həcmini 230 milyon dollara çatdırıb

ABB Körfəz investorlarından cəlb etdiyi maliyyənin həcmini 230 milyon dollara çatdırıb
08.05.2026 10:56

ABB Körfəz ölkələrinin maliyyə bazarlarından cəlb etdiyi vəsaitin həcmini 230 milyon dollara çatdırıb.

Bunu ABB-nin İdarə Heyətinin sədri Abbas İbrahimov jurnalistlərə bildirib.

Onun sözlərinə görə, bank əvvəlcə 100 milyon dollarlıq maliyyə vəsaiti cəlb edib, lakin sonradan tərəfdaşlar ABB-yə daha böyük həcmdə vəsait ayırmağı təklif ediblər.

İbrahimov bildirib ki, buna səbəb bankın maliyyə göstəricilərinin yaxşılaşması, öhdəliklərini vaxtında yerinə yetirməsi və kredit reytinqlərinin yüksəlməsi olub.

“Reytinqlərimizin artması və müsbət kredit tarixçəmiz borclanma şərtlərinin yaxşılaşmasına səbəb oldu. Tərəfdaşlarımız bu dəfə daha böyük məbləğ təklif etdilər”, - o qeyd edib.

ABB rəhbərinin sözlərinə görə, vəsaitlər əsasən uzunmüddətli və sabit faizli maliyyələşmə şəklində cəlb olunub.

İbrahimov bildirib ki, cəlb edilən vəsait həm iri biznes layihələrinin, həm də kiçik və orta sahibkarlığın maliyyələşdirilməsinə yönəldiləcək.

Onun sözlərinə görə, ABB gələcəkdə beynəlxalq maliyyə bazarlarından 300-500 milyon dollar həcmində əlavə vəsait cəlb etmə imkanlarını da nəzərdən keçirir.

N.Tebrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol