• $
  • €
  • ₽
  • ₺
  • £

ABB yeni istiqraz emissiyalarını davam etdirməyi planlaşdırır, IPO investorlarının sayı artır

ABB yeni istiqraz emissiyalarını davam etdirməyi planlaşdırır, IPO investorlarının sayı artır
08.05.2026 11:34

Azərbaycan Beynəlxalq Bankı (ABB) kapital bazarında aktivliyi artırmaq və kiçik investorları cəlb etmək məqsədilə yeni istiqraz emissiyalarını davam etdirməyi planlaşdırır, bankın idarə heyətinin sədri Abbas İbrahimov bildirib.

Onun sözlərinə görə, ABB-nin bu ilin əvvəlində bazara çıxardığı 5 milyon manatlıq istiqraz buraxılışına yüksək tələb qeydə alınıb və qısa müddətdə sifarişlər 50 milyon manatı ötüb.

“Burada məqsəd vəsait cəlb etmək deyil. Məqsəd kiçik və fiziki şəxs investorları kapital bazarına gətirməkdir”, – o deyib.

İbrahimov bildirib ki, bank növbəti istiqraz emissiyalarını mərhələli şəkildə həyata keçirməyi nəzərdə tutur və yeni buraxılışların may ayından davam etdirilməsi planlaşdırılır.

Onun sözlərinə görə, ABB 2024-cü ildə ölkədə ilk IPO həyata keçirərək minlərlə yeni investorun kapital bazarına daxil olmasına şərait yaradıb.

“IPO-dan sonra təxminən 2 min yeni investor bazara qoşuldu”, – o qeyd edib.

Bank rəhbəri bildirib ki, ABB hazırda Azərbaycanda səhmləri üzrə aktiv ikinci bazar formalaşdıran yeganə maliyyə qurumudur və son aylarda səhmlərin aylıq alqı-satqı həcmi təxminən 1 milyon manata çatıb.

İbrahimov əlavə edib ki, ABB həmçinin İslam maliyyə alətləri, o cümlədən sukuk emissiyası imkanlarını da nəzərdən keçirir. O bildirib ki, bu məhsulların tətbiqi qanunvericilik və bazar infrastrukturu ilə bağlı proseslərin tamamlanmasından asılı olacaq.

N.Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol