• $
  • €
  • ₽
  • ₺
  • £

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da

İctimai nəqliyyatda ödənişlərə aydınlıq gətirən yenilik Birbank-da
07.05.2026 14:59

Ölkənin ilk rəqəmsal bankı Birbank müştərilərinin həyatına daha bir yenilik gətirir. Təqdim olunan yeni imkan sayəsində artıq Birbanklılar ictimai nəqliyyatda təmassız ödənişlər (NFC) zamanı xərclərini daha detallı izləyə biləcəklər. 

Belə ki, istifadəçilər Birbank mobil tətbiqində “Tarixçə” bölməsindən ödənişin keçdiyi marşrut nömrəsini, metro stansiyanın adını və gediş tarixini görə bilərlər. Bu da vətəndaşlara gecikmiş ödənişlər zamanı çıxılan məbləğin konkret hansı gedişə aid olduğunu ödəniş qəbzi vasitəsilə aydın şəkildə izləmək imkanı yaradır.

Yeni funksiya NFC texnologiyası ilə bank kartı vasitəsilə həyata keçirilən ödənişlər üçün aktivdir və bütün Birbanklılar üçün əlçatandır. 

Məlumat üçün bildirək ki, ötən il Birbank-ın tətbiq etdiyi texnoloji dəstək sayəsində “Baku Bus” MMC də daxil olmaqla, Bakı şəhəri üzrə fəaliyyət göstərən bütün avtobus marşrutlarında, həmçinin “Bakı Metropoliteni” QSC-nin bütün stansiyalarında təmassız ödəniş (NFC) texnologiyası tətbiq edilib. “K Group” MMC (BakıKart) ilə baş tutan bu əməkdaşlıq bütün yerli bank kartlarını əhatə edir. 

Qeyd edək ki, ictimai nəqliyyatda  gediş haqqının ödənilməsi, həmçinin NFC/QR texnologiyaları vasitəsilə həyata keçirilən ödənişlərin texniki tərəfləri Bakı Metropoliteni və BakıKart sisteminin idarəçiliyindədir. Bank ötürülən əməliyyat məlumatları əsasında, yalnız müəyyən edilən məbləğin müştərinin hesabından silinməsi prosesini icra edir. Bu səbəbdən sualı olan müştərilə ətraflı məlumat almaq üçün BakıKart-a müraciət edə bilərlər. 

Daim ən son rəqəmsal yeniliklər və bank məhsulları təqdim edən Kapital Bank-ın əmtəə nişanı olan Birbank, 3 milyondan çox aktiv istifadəçisi olan mobil tətbiqi, 114 filial və 53 şöbədən ibarət Azərbaycanda ən böyük filial şəbəkəsi ilə müştərilərinin xidmətindədir. Birbankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün birbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. 

 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol