• $
  • €
  • ₽
  • ₺
  • £

Dünyada ilk dəfə Azərbaycanda

Dünyada ilk dəfə Azərbaycanda
05.12.2013 14:45
Azərbaycanda İsrailin «Lifewatch» şirkətinin istehsalı olan tibbi sensor diaqnostikalı unikal smartfonların satışına başlanılıb.Bütün dünyada ilk olan bu avadanlıq haqda «APA-Economics»ə Azərbaycan-İsrail Ticarət Palatasının sədri Aleks Kaplun məlumat verib. A.Kaplun bildirib ki, bu smartfonlar adi telefon olmaqla yanaşı, istifadəçiyə sərbəst şəkildə elektrokardioqram (ECG), qanda şəkərin və oksigenin zənginliyi səviyyəsinin ölçülməsi, habelə nəbz, hərarət kimi tibbi testlər aparmağa imkan verir. «O, həmçinin orqanizmdə piyin faizini və insanda stressin səviyyəsini hesablamaq qabiliyyətinə malikdir. Smartfonun köməyi ilə insanın fərdi pəhriz proqramı hazırlanır. Əldə olunmuş nəticələr onlayn-serverin məlumat bazasına ötürülür. Təhlillər bitdikdən sonra nəticələr dünyanın hansı nöqtəsindən olmasından asılı olmayaraq həm smartfonun sahibi, həm də onun həkiminə göndərilir», - deyə A. Kaplun bildirib. Ticarət Palatasının sədri bu qurğunun ilk dəfə olaraq məhz Azərbaycanda satılmasının səbəblərini də açıqlayıb: «Birincisi, burada tibb kifayət qədər inkişaf etməyib. Məsələn, İsraildə bir cihazla qanda şəkərin miqdarını yoxlayan şəxs, istənilən xəstəxanaya arxayın şəkildə müraciət edə bilir. Çünki xəstəxanalarda həqiqətən də yaxşı həkimlər çalışır. Lakin Azərbaycanda həmin əminlik yoxdur. İkincisi, İsraildə insanlar bir qayda olaraq ancaq bir telefondan istifadə edirlər. Amma burada iki və daha çox telefondan istifadə olunur. Ona görə Azərbaycan bu tibbi smartfonların satışı üçün ən düzgün yerdir». A.Kaplunun sözlərinə görə, bu avandanlıq artıq satışa çıxarılıb. İlkin mərhələdə yarım il pulsuz olaraq istifadəyə veriləcək, bundan sonra isə aylıq ödəniş həyata keçiriləcək. Qurğunun qiyməti 550 manat təşkil edir. Smartfonların Azərbaycanda rəsmi distribyutoru «Mobitel» şirkətidir. O, əlavə edib ki, yaxın gələcəkdə Bakıda «Call Center» də açılacaq: «Burada İsraildə təhsil almış həkim və tibb bacıları çalışacaqlar. Hazırda bununla bağlı tibb şirkətləri ilə danışıqlar gedir. Tibbi smartfondan məlumatdan daxil olandan sonra həkim özü həmin şəxslə əlaqə saxlayacaq». ANN.Az
Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
İqtisadiyyat 08:39
SOCAR Trading Vyetnama neft məhsulları tədarük edəcək
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 10:30
Azərbaycan nefti ucuzlaşıb
BTC ilə 21,1 milyon ton neft nəql olunub
İqtisadiyyat 16:45
BTC ilə 21,1 milyon ton neft nəql olunub
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
İqtisadiyyat 16:32
Azərbaycanda qızıl hasilatı 6,6% artıb
Azərbaycanda neft hasilatı 3,5% azalıb
İqtisadiyyat 16:29
Azərbaycanda neft hasilatı 3,5% azalıb
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Noyabrın pensiya ödənişləri yekunlaşıb
İqtisadiyyat 13:27
Noyabrın pensiya ödənişləri yekunlaşıb
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
İqtisadiyyat 11:45
10 ayda DSMF 1 milyon 155 min şəxsə müavinət və təqaüd ödəyib
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
İqtisadiyyat 11:32
ASCO quru yük tranzit daşımalarını 2 dəfədən çox artırıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol