• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR AÇG-də hasilatın sabit qalacağını, hətta arta biləcəyini gözləyir

SOCAR AÇG-də hasilatın sabit qalacağını, hətta arta biləcəyini gözləyir
02.06.2026 10:27

SOCAR prezidenti Rövşən Nəcəf bildirib ki, yeni layihələr və texnologiyalar hesabına Azərbaycanın ən böyük neft yatağı olan Azəri-Çıraq-Günəşlidə (AÇG) hasilatın sabit saxlanılması, hətta artırılması mümkündür.

Nəcəf BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolinin AÇG-də hasilatın azalmasının illik təxminən 3% təşkil etməsi ilə bağlı açıqlamasını şərh edərkən deyib ki, bu rəqəm yalnız mövcud quyuların göstəricilərinə əsaslanır.

“Əgər buna sərbəst qaz və Qordonun dünən bəhs etdiyi əlavə neft həcmlərini də əlavə etsək, azalmanın 3% olacağından danışmaq olmaz. Faktiki olaraq hasilat sabit qalacaq”, - Nəcəf Bakı Enerji Həftəsində bildirib.

Onun sözlərinə görə, yatağın gələcək göstəriciləri mövcud proqnozlardan daha yaxşı ola bilər.

“BP sabitlikdən danışır, mən isə hətta artıma ümid edirəm. Biz bu məsələ ilə bağlı hələ də müzakirələr aparırıq”, - SOCAR rəhbəri deyib.

Nəcəf vurğulayıb ki, yeni texnologiyalar, düzgün tərəfdaşlıq və dövlət dəstəyi sayəsində yetkin neft-qaz yataqları “ikinci həyat” qazana bilər.

“Düzgün yanaşma, düzgün texnologiyalar, düzgün tərəfdaşlıq və dövlət dəstəyi ilə belə aktivlər əvvəl gözləniləndən daha çox nəticə verə bilər”, - o qeyd edib.

N. Təbrizli

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Cəmiyyət 20:30
Şimali Kiprdə gəmi qəzası ilə bağlı 3-ü azərbaycanlı olmaqla 9 nəfər həbs edilib
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Cəmiyyət 19:34
Astarada iki avtomobil toqquşub, xəsarət alan var
Hesablama Palatasında yeni şöbə yaradılıb
Cəmiyyət 18:14
Hesablama Palatasında yeni şöbə yaradılıb
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Cəmiyyət 17:56
Abşeronda narkotiklərlə əlaqəli 8 nəfər saxlanılıb
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Cəmiyyət 17:09
Estoniyada qalan azərbaycanlı sürücülər nazirdən kömək istəyir - video
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Cəmiyyət 16:33
Qarabağda 15 yeni bağça istifadəyə verilib
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Cəmiyyət 16:25
Ramiz Mehdiyev Əli Kərimli ilə münasibətinin olmadığını deyib
Azərbaycan tomat ixracından gəlirini artırıb
Cəmiyyət 15:14
Azərbaycan tomat ixracından gəlirini artırıb
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Cəmiyyət 14:33
Bakıda və rayonlarda intensiv yağış yağacaq, şimşək çaxacaq
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol