• $
  • €
  • ₽
  • ₺
  • £

Benzinin bahalaşmasına rəy: “Bu hələ başlanğıcdır”

Benzinin bahalaşmasına rəy: “Bu hələ başlanğıcdır”
03.12.2013 10:09

Tarif Şurası Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin müraciəti əsaında Aİ-95 benzinin pərakəndə satış qiymətini 1 litr üçün 80 qəpik, Aİ-92 və Aİ-80 markalı avtomobil benzininin pərakəndə satış qiymətini 1 litr üçün 70 qəpik, dizel yanacağının pərakəndə satış qiyməti 1 litr üçün 60 qəpik təyin etdi. 

ANN.Az xəbər verir ki, Tarif Şurasının qərarına münasibət bildirən iqtisadçı ekspert Qubad İbadoğlu yazır ki, iqtisadçıların büdcə müzakirəsi başlayarkın xeyli əvvəl verdiyi proqnozlar təəssüf ki, özünü doğrultdu. Bununla da Tarif Şurası "Tənzimlənən qiymətlər haqqında Azərbaycan Respublikasının Qanunu"nun prinsiplərinə və "Azərbaycan Respublikasının Tarif (qiymət) Şurası haqqında Əsasnamə" nin 3.15-ci maddəsinə əməl etmədən qiymətlərin iqtisadi cəhətdən əsaslılığını, səmərəliliyini, bazarın tələbləri və əhalinin alıcılıq qabiliyyəti baxımından optimallığını müəyyənləşdirmək üçün araşdırmalar və təhlillər aparmadan və ya aparsa da ounun nəticələrini ictimaiyyətlə bölüşmədən yeni qiymət artımına əsassız qərar verdi: “Əslində 2014-cü il üçün açıqlanan büdcədən bunu görmək çətin deyildi. Çünki, gələn ilin büdcəsində neft məhsullarına aksizlər üzrə daxilolmalar 54,9 faiz və 270 milyon 600 min manat çox proqnozlaşdırılıb. Proqnozlara görə, yalnız bu artımla hökümət büdcəyə ən azı 270 milyon manat əlavə vəsait cəlb etməyi nəzərdə tutur. Hesablamalar göstərir ki, Aİ-92 markalı avtomobil benzinini istifadə edən hər sürücü yalnız gündəlik cari məqsədlər üçün idarə etdiyi maşının mühərrikinin gücündən asılı olaraq ayda ən azı orta hesabla 32 manat, Aİ-95 benzinin istifadə edənlər isə ən azı 40 manat əlavə vəsait xərcləməli olacaqlar. Bu isə orta aylıq əmək haqqını 8-10 faizi qədər xərc artımı deməkdir. Deməli, hökümət 2 ay bundan əvvəl 10 faizlik artımı artıqlaması ilə geri almağa başladı.

Neft gəlirlərinin azaldığı, təbii və iqtisadi inhisarçıların mövcud olduğu indiki dövrdə belə artımların davamlı olacağı şübhəsizdir. Əsasən də iri vergi ödəyicilərinin ( o cümlədən də “Azərenerji” ASC, “Azərbaycan Dəmir Yolları” QSC, Xəzər Dəniz Gəmiçiliyi İdarəsi, “Azərbaycan Hava Yolları” QSC, “Azərsu” ASC) maliyyə intizamsızlığı hesabına yaranan 2,4 milyard manatlıq borcu büdcəyə yığa bilməyən hökümət aksizləri, ƏDV və sair istehlak vergiləri üzrə vergi tutulan bazanı genişləndirməklə əhalinin cibinə girmək siyasətinə üstünlük verir. Odur ki, belə qənaətə gəlmək olar ki, bu hələ başlanğıcdır. Bundan sonra çox tezliklə Tarif Şurası şəhərdaxili, şəhərətrafı və qəsəbələrarası marşrutlarda sərnişin daşıma xidmətlərinin qiyməti artırılacaq. Yəqin ki, Nəqliyyat Nazirliyinin bu barədə müraciəti artıq Tarif Şurasna daxil olub. Tezliklə elektrik enerjisinin, təbii qazın, suyun pərakəndə satış tarifləri də bahalaşdırılacaq. Tarif bahalaşmasının bazarların qarşılıqlı təsiri qanunu əsasında istehlak, xüsusilə də ərzaq bazarında qiymətlərin artımına və inflyasiya yaradıcı amillərin fəallaşmasına təsiri şübhəsizdir. Ona görə də gələn il üçün 2 rəqəmli inflyasiya qaçılmazdır. 

Görəsən ailə büdcəsində bu yöndə xərclərin kəskin artımı ilə qarşılaşan aztəminatlı əhalinin bütün bunlara reaksiyası necə olacaq?”.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol