• $
  • €
  • ₽
  • ₺
  • £

IsDB Qrupunun strukturları Azərbaycan tərəfdaşları ilə $290 milyon çox dəyərində sazişlər imzalayıb

IsDB Qrupunun strukturları Azərbaycan tərəfdaşları ilə $290 milyon çox dəyərində sazişlər imzalayıb
17.06.2026 11:28

 İslam İnkişaf Bankı (IsDB) Qrupunun strukturları çərşənbə axşamı Azərbaycan tərəfdaşları ilə özəl sektorun və ticarətin maliyyələşdirilməsinə yönəlmiş ümumi dəyəri 290 milyon dollardan çox olan əməkdaşlıq və maliyyələşdirmə sazişləri imzalayıb.

Özəl Sektorun İnkişafı üzrə İslam Korporasiyası (ICD) ilə SOCAR arasında Azərbaycanda maliyyələşdirmə, investisiya və məsləhət xidmətləri sahəsində imkanların araşdırılmasına dair əməkdaşlıq sazişi imzalanıb. Sənədi SOCAR prezidenti Rövşən Nəcəf və ICD-nin baş icraçı direktorunun səlahiyyətlərini icra edən Xalid Əl-Abudi imzalayıb.

ICD və Azərbaycan Biznesin İnkişafı Fondu (ABDF) arasında 200 milyon manatlıq “vakala” çərçivə sazişi bağlanıb. Saziş maliyyə institutlarına özəl sektorun maliyyələşdirilməsi üçün milli valyutada kredit xətlərinin ayrılmasını nəzərdə tutur.

ICD həmçinin Türk İnvestisiya Fondu ilə 50 milyon dollarlıq çərçivə agentlik sazişi və Azerconnect Group ilə 20 milyon dollarlıq birbaşa maliyyələşdirmə mandatı imzalayıb.

Bundan əlavə, ICD ilə TuranBank arasında özəl sektorun maliyyələşdirilməsini genişləndirmək məqsədilə 15 milyon dollarlıq kredit xəttinin açılmasına dair niyyət memorandumu imzalanıb.

Ayrıca, Beynəlxalq İslam Ticarətinin Maliyyələşdirilməsi Korporasiyası (ITFC) ilə RabitaBank arasında 10 milyon dollarlıq maliyyələşdirmə sazişi bağlanıb.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol