• $
  • €
  • ₽
  • ₺
  • £

Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq üzrə növbəti 5 ilin prioritetlərini müəyyən edib

Azərbaycan İslam İnkişaf Bankı ilə əməkdaşlıq üzrə növbəti 5 ilin prioritetlərini müəyyən edib
19.06.2026 15:52

Azərbaycan və İslam İnkişaf Bankı (İİB) növbəti beş il üzrə əməkdaşlığın əsas istiqamətlərini müəyyən edib.

İİB-nin Bakıda keçirilən İllik Toplantısı çərçivəsində 2027–2031-ci illəri əhatə edəcək yeni Ölkə Tərəfdaşlıq Strategiyasının hazırlanmasına dair memorandum imzalanıb.

Sənədə əsasən, tərəflər iqtisadiyyatın şaxələndirilməsi, yaşıl və dayanıqlı infrastrukturun inkişafı, regional bağlantıların gücləndirilməsi, insan kapitalının inkişafı, rəqəmsal transformasiya və islam maliyyəsi sahələrində əməkdaşlığı genişləndirməyi planlaşdırırlar.

İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib ki, Forum çərçivəsində imzalanmış sazişlərin böyük hissəsi özəl sektorun inkişafı ilə bağlı layihələri əhatə edir. Onun sözlərinə görə, müzakirələr və razılaşmalar əsasən infrastruktur, daşınmaz əmlak investisiyaları, enerji layihələri, bank sektoru və kiçik və orta sahibkarlığın maliyyələşdirilməsi istiqamətlərini əhatə edib.

Nazir qeyd edib ki, Qarabağ suvarma kanalının bərpası üzrə kreditin dəyəri 450 milyon ABŞ dollarından çoxdur. Bundan başqa, Sumqayıt çirkab suları layihəsinin dəyəri 100 milyon ABŞ dollarını ötür, Abşeron yarımadasında 73 kənd və qəsəbənin su təchizatını əhatə edən razılaşma da əldə olunub.

Cabbarovun sözlərinə görə, Azərbaycan banklarına həm milli valyutada, həm də ABŞ dollarında kredit xətləri ayrılıb və bu vəsaitlərin kiçik və orta sahibkarlara yönəldilməsi nəzərdə tutulur. Azərbaycan Biznesin İnkişafı Fonduna da özəl sektorun maliyyələşdirilməsi üçün ayrıca maliyyə xətti təqdim edilib.

Nazir əlavə edib ki, Azərbaycan İİB Qrupu və onun müvafiq strukturları ilə islam maliyyəsi alətlərinin tətbiqi imkanlarını da Mərkəzi Bankın iştirakı ilə birgə qiymətləndirir. Onun sözlərinə görə, əsas məqsəd Azərbaycanda iqtisadi subyektlərin maliyyəyə çıxış imkanlarını genişləndirməkdir.

N.Təbrizli

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol