• $
  • €
  • ₽
  • ₺
  • £

Süni intellekt üçün internet Bakcelldən

Süni intellekt üçün internet Bakcelldən
09.07.2026 17:04

 

Bakcell süni intellekt sahəsində növbəti innovativ təşəbbüsünü təqdim edir. Yeni kampaniya çərçivəsində ChatGPT, Claude,DeepSeek və Perplexity kimi aparıcı süni intellektplatformalarında istifadə üçün abunəçilərə hər ay pulsuz internet trafiki təqdim olunacaq.

Bakcell istifadəçiləri süni intellekt texnologiyaları vasitəsilə öyrənmək, araşdırmaq, yaratmaq, işləmək və rəqəmsaltapşırıqları daha səmərəli yerinə yetirmək üçün geniş imkanlar əldə edirlər.

Xidmət bütün Bakcell abunəçiləri üçün standart olaraq aktivdir və əlavə qoşulma tələb etmir. Kampaniya müddətində istifadəçilərə hər ay qeyd olunan süni intellekt alətlərindən istifadə üçün pulsuz internet trafik təqdim olunacaq. Bu təşəbbüs süni intellekt texnologiyalarının gündəlik istifadəsini təşviq etməklə yanaşı, istifadəçilərin rəqəmsal imkanlarını daha da genişləndirir.

Bakcell innovativ həllər vasitəsilə abunəçilərinə müasir rəqəmsal təcrübə təqdim etməklə ölkədə innovasiya və süni intellekt ekosisteminin inkişafına töhfə verir.

Bakcell haqqında

Bakcell Azərbaycanın ilk və ən böyük özəl telekommunikasiya şirkətidir. Hazırda şirkət üç milyondan çox müştərini yüksəkkeyfiyyətli və sürətli telekommunikasiya xidmətləri ilə təmin edir. Ölkə iqtisadiyyatının qeyri-neft sektorunun ən böyük investorlarından biri olan Bakcell süni intellekt əsaslı innovativ həllərlə Azərbaycanın dayanıqlı inkişafına töhfə verir. 

Bakcell müxtəlif ölkələrdə və sahələrdə fəaliyyət göstərən NEQSOL Holding beynəlxalq şirkətlər qrupunun tərkibində olan Azerconnect Group-a daxildir.

 

 

Oxşar xəbərlər
Oxşar xəbərlər
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
İqtisadiyyat 11:43
Sea Breeze Monteneqroda yeni layihəyə 2027-ci ilin əvvəlində başlamağı planlaşdırır
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
İqtisadiyyat 11:40
SOCAR emissiyaların monitorinqini öz resursları hesabına aparmaq niyyətindədir
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
İqtisadiyyat 11:34
Vitaliy Yakovlev: Birgə layihələrdə yalnız maliyyə deyil, qeyri-maddi aktivlər də nəzərə alınmalıdır
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
İqtisadiyyat 11:32
KPMG rəhbəri: Azərbaycan regional biznes platformasına çevrilə bilər
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:04
Azərbaycan nefti ucuzlaşıb
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
İqtisadiyyat 10:00
Azərbaycan manatın 1,7 məzənnəsinin sabitliyini qoruyacaq – Əliyev
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
İqtisadiyyat 19:07
“Bus Service” və direktoru əmək yoxlamasına maneəyə görə cərimələnib
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
İqtisadiyyat 17:17
Azərbaycanın maliyyə sektoruna xarici investisiyaların payı 7%-dir - PAŞA Bank
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
İqtisadiyyat 16:47
Azərbaycanda əmanətlərin dollarlaşması tarixi minimuma enib - Taleh Kazımov
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol