• $
  • €
  • ₽
  • ₺
  • £

Kartdan-karta köçürmələr gündə 5 əməliyyatla məhdudlaşdırıla bilər

Kartdan-karta köçürmələr gündə 5 əməliyyatla məhdudlaşdırıla bilər
02.08.2026 09:45

Azərbaycan bank sektoru kartdan-karta ("card-to-card") köçürmələr, ödəniş kartları və elektron pul kisələrinin sayına yeni məhdudiyyətlərin tətbiqini nəzərdən keçirir. Məqsəd rəqəmsal ödənişlərdə dələduzluq, vergidən yayınma və qanunsuz mərc oyunları ilə bağlı sui-istifadə hallarının qarşısını almaqdır.

Cashless.az-ın yaydığı və bank sektorunda müzakirəyə təqdim edilmiş şərtlərə əsasən, fiziki şəxslər üçün karta mədaxil və kartdan köçürmə əməliyyatlarının sayı gündəlik beş əməliyyatla məhdudlaşdırılacaq. Günlük məbləğ limiti nəzərdə tutulmasa da, həm karta mədaxil, həm də kartdan köçürmələr üzrə aylıq limit 20,000 manat təşkil edəcək.

Təklif olunan qaydalara əsasən, müştərinin öz kartları arasında, yaxın qohumlar arasında və sahibkarlıq hesablarına bağlı kartlarla aparılan əməliyyatlar bu məhdudiyyətlərdən istisna edilə bilər.

Sənəd həmçinin ödəniş kartlarının və elektron pul kisələrinin sayına limit tətbiq edilməsini nəzərdə tutur. Əməkhaqqı, pensiya, sosial ödəniş, depozit və onlayn ödəniş kartları istisna olmaqla, hər məhsul üzrə bir kart, milli valyutada iki elektron pul kisəsi və hər xarici valyuta üzrə bir elektron pul kisəsinə icazə verilməsi təklif olunur.

Yeni şərtlərə əsasən, kartdan-karta köçürmələr zamanı ödənişin təyinatı da məcburi olacaq. İstifadəçilər "Mal alışı", "Xidmətlərin alışı" və ya "Şəxsi və digər köçürmələr" seçimlərindən birini etməli, sonuncu variant seçildikdə isə ən azı 10 simvoldan ibarət izahat daxil etməlidirlər.

Bu təkliflər Azərbaycan Banklar Assosiasiyası və Azərbaycan Fintex Assosiasiyasının üzv təşkilatlarına təqdim olunub. Hazırda onların Azərbaycan Mərkəzi Bankı tərəfindən təsdiqlənməsi və qüvvəyə minməsi barədə rəsmi qərar açıqlanmayıb.

Mərkəzi Bankın sədri Taleh Kazımov bu ilin mayında bildirmişdi ki, bəzi fiziki şəxslərin kartlarına gün ərzində yüzlərlə kiçik məbləğli köçürmələr daxil olur və şübhəli əməliyyatlar aşkarlandıqda məlumatlar Maliyyə Monitorinqi Xidmətinə, vergidən yayınma ehtimalı olduqda isə Dövlət Vergi Xidmətinə ötürülür. 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
İqtisadiyyat 14:32
Yelo Bank reysqabağı yoxlama ödənişini yenilədi: ƏDV seçimi əlavə olundu
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
İqtisadiyyat 11:59
Azərbaycanda pul bazası 25 milyard manatı ötüb
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
İqtisadiyyat 11:30
Rusiya Azərbaycana 1 milyon rubldan artıq pul çıxarılmasını qadağan edib
Azərbaycan nefti ucuzlaşıb
İqtisadiyyat 11:12
Azərbaycan nefti ucuzlaşıb
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
İqtisadiyyat 11:10
Bank Respublika və AccessBank strateji əqdin uğurla başa çatdığını elan ediblər
Pensiya alanların sayı açıqlanıb
İqtisadiyyat 10:46
Pensiya alanların sayı açıqlanıb
Qızıl ucuzlaşıb
İqtisadiyyat 10:25
Qızıl ucuzlaşıb
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
İqtisadiyyat 09:10
Avro bahalaşıb, rubl ucuzlaşıb - məzənnə
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol