• $
  • €
  • ₽
  • ₺
  • £

Mənzillər niyə bahalaşır?

Mənzillər niyə bahalaşır?
27.11.2013 18:46

Bakıda mənzillərin qiyməti sürətlə artmaqdadır.

Müşahidələr göstərir ki, bahalaşma özünü daha çox paytaxtın ətraf ərazilərində, xüsusilə də mikrorayonlarda, Günəşli, Əhmədli kimi qəsəbələrdə göstərir.

Əgər 1 il bundan əvvəl adı çəkilən yerlərdə 1 otaqlı mənzili yerindən, mərtəbəsindən və təmirindən asılı olaraq 35-45 min dollara almaq mümkün idisə, hazırda qiymət minimum 45-50 min dollardır. 2 otaqlı mənzillərin qiyməti isə 50-55 min dollardan 65-70 min dollara qalxıb. 3 və daha çox otağı olan mənzillər üzrə isə ciddi bahalaşma yoxdur.

3 dəfə sürətlənən bahalaşma

Ümumiyyətlə, bu ilin ilk 10 ayının nəticələrinə görə, Bakıda mənzillərin qiyməti 17-18% artıb. İlkin mənzil bazarında qiymət artımı 19%, təkrar bazarda isə 15% təşkil edib. Halbuki, 2012-ci ildə bahalaşmanın həddi orta hesabla 6%-i keçməmişdi. Bu isə, 2013-cü ildə qiymət artımı templərinin daha yüksək olmasından xəbər verir. İqtisadi böhrandan sonraya təsadüf edən mənzil bahalaşmasının bundan sonra da davam edəcəyi proqnozlaşdırılır.

Qiymət artımının birbaşa səbəbi

Mənzil bazarı ilə bağlı araşdırma aparan “MBA” Qiymətləndirmə və Konsaltinq Şirkətinin prezidenti Nüsrət İbrahimov deyir ki, Bakıda mənzillərin bahalaşmasına bir neçə amil, o cümlədən də mənzil bazarında qıtlığın yaranması təsir göstərib. İlk növbədə nəzərə almaq lazımdır ki, Azərbaycanda mənzil bazarının həcmi Avropa ölkələri, Rusiya və Çində olduğu kimi böyük deyil və paralel olaraq elastikliyi azdır. Yəni, bazarda tələbin və yaxud təklifin qismən dəyişməsi dərhal qiymətlərdə öz sözünü deyir.

Son 2-3 ildə Azərbaycanda dövlət büdcəsi hesabına böyük investisiya layihələri həyata keçirilib. Məsələn, paytaxtın bir neçə yerində - Heydər Əliyev adına Sarayın arxasında, Xutor qəsəbəsində, “Qara şəhər” adlanan ərazidə köhnə evlər sökülərək sakinlərə kompensasiya ödənilib.

Paytaxtın mərkəzində və mərkəzinə yaxın yerlərdə sökülən evlərin əksəriyyətinin sahəsi az olduğundan və müvafiq olaraq həmin evlərə görə ödənilmiş pulla mərkəzi ərazilərdə mənzil almaq çətin olduğundan vətəndaşlar ev problemini həll etmək üçün Bakının ətraf ərazilərinə üz tutur. Bu da son nəticədə mənzilləri bahalaşdırır. İndi paytaxtın ətrafında əhalinin xüsusilə əldə etməyə çalışdığı 1-2 otaqlı mənzil tapmaq olduqca çətindir və bu baxımdan qiymətlərin artmasında qeyri-adi heç nə yoxdur.

Dolayı amil – metro tikintisi

Son illər Bakıda mənzilləri bahalaşdıran amillərin sırasına daha biri əlavə olunub – metro tikintisi. İndi paytaxtın bir neçə yerində, Bakı Beynəlxalq Avtovağzal Kompleksinin yanında, hamının “Papanin” kimi tanıdığı Ceyhun Səlimov küçəsində, Heydər Əliyev adına İdman Konsert Kompleksinin yaxınlığında (Cəlil Məmmədquluzadə küçəsində) yeni metro stansiyalarının, 7-ci mikrorayonda isə metronun yeni deposunun tikintisi həyata keçirilir. Sirr deyil ki, əksəriyyət avtobusdan mümkün olduğu qədər az istifadə etmək, saatlarla tıxaclarda vaxt itirməmək üçün metroya yaxın ərazilərdə yaşamaq istəyir. Bu da istər-istəməz hələ istifadəyə verilməmiş stansiyaların ətrafındakı binalarda olan mənzilləri bahalaşdırır.

Namiq Hüseynov

 “New Baku Post” qəzeti

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol