Peruda 6,6 maqnitudalı zəlzələ baş verib
Peruda 6,6 maqnitudalı zəlzələ baş verib.Bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi (EMSC) məlumat yayıb.
Yeraltı təkanlar ölkənin mərkəzi hissəsində, Ayakuço regionunun Parinakoças əyalətindəki Korakora şəhərindən 50 kilometr şimal-şərqdə, 73 kilometr dərinlikdə qeydə alınıb.
İlkin məlumatlara görə, zəlzələ nəticəsində ölən və ya yaralanan olmayıb, dağıntılar barədə məlumat verilməyib.
Qeyd edək ki, müxtəlif seysmoloji mənbələr zəlzələnin maqnitudasını 6,7 və 7,2 kimi qiymətləndirib. Məlumatlar yenilənir.
Oxşar xəbərlər
Oxşar xəbərlər

İqtisadiyyat 15:43
Azercell-in “30 il səninlə” lotereyasında daha 14 abunəçi iPhone 17 Pro, 2 abunəçi isə Toyota Corolla Cross qazandı!
Son xəbərlər 
Daha çox 






















