• $
  • €
  • ₽
  • ₺
  • £

SOCAR AQŞ-nin kapitalı 35% azalıb, zərəri 44 milyon manatı ötüb

SOCAR AQŞ-nin kapitalı 35% azalıb, zərəri 44 milyon manatı ötüb
28.09.2026 12:32

SOCAR AQŞ MMC-nin balans kapitalı 2025-ci ildə 34,8% azalaraq 79,5 milyon manata düşüb, öhdəlikləri isə 12,6% artaraq 300,9 milyon manata çatıb.


Şirkətin maliyyə hesabatına əsasən, SOCAR AQŞ ötən ili 44,027 milyon manat xalis zərərlə başa vurub. Zərər 2024-cü illə müqayisədə 7,6% artıb.


Şirkətin gəlirləri il ərzində 19,9% azalaraq 68,871 milyon manat təşkil edib. Xidmətlərin maya dəyəri 20,3% azalaraq 105,6 milyon manat olsa da, gəlirlər həmin xərcləri qarşılamaq üçün kifayət etməyib.


Maliyyə və müqavilə aktivləri üzrə gözlənilən kredit zərərlərinə xalis ayırmalar 2,1 dəfə artaraq 14,654 milyon manata, maliyyə xərcləri 5,3 dəfə artaraq 6,668 milyon manata çatıb. Valyuta məzənnəsi fərqindən zərər isə 8,7 dəfə artaraq 1,123 milyon manat olub.


Şirkət 2025-ci ildə torpaq, tikili və avadanlıqların qiymətdən düşməsi üzrə 926 min manat, avans ödənişlərinin dəyərsizləşməsi üzrə isə 1,869 milyon manat xərc tanıyıb. Əvvəlki ildə bu maddələr üzrə xərc qeydə alınmamışdı.


SOCAR AQŞ-nin birgə müəssisələrdəki payından gəliri 4,6% azalaraq 27,56 milyon manat, digər gəlirləri isə 4,7 dəfə artaraq 3,99 milyon manat təşkil edib.


2026-cı il yanvarın 1-nə şirkətin aktivləri 2,3% azalaraq 380,378 milyon manat olub.


SOCAR AQŞ 2007-ci ildə yaradılıb və neft-qaz quyularının qazılması və təmiri ilə məşğuldur. Şirkətin 73,8%-i “Nobel Oil LTD”nin Azərbaycandakı filialına, 13,4%-i SOCAR-a, 12,8%-i isə “Abşeron Qazma” MMC-yə məxsusdur.

Gülnar Nazimqızı 

Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Cəmiyyət 10:34
Gürcüstandan 101 əcnəbi deportasiya edilib, azərbaycanlı da var
Əli Kərimlinin məhkəməsi başlayır
Cəmiyyət 10:12
Əli Kərimlinin məhkəməsi başlayır
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Cəmiyyət 10:01
Polis ötən gün 67 cinayətin açılmasını təmin edib
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Cəmiyyət 09:58
Mingəçevirdə 18 yaşlı gənc kafe sahibini bıçaqlayıb
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol