• $
  • €
  • ₽
  • ₺
  • £

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib

Kapital Bank istiqraz yerləşdirməsi ilə xarici investor bazarına çıxışını genişləndirib
09.10.2026 12:01

Ölkənin birinci bankı Kapital Bank Bakı Fond Birjasında 50 milyon manat həcmində istiqrazlarını qapalı yerləşdirmə üsulu ilə xarici institusional investora təqdim edərək vəsait cəlb edib. Bu, Kapital Bankın milli valyutada olan istiqraz vasitəsilə xarici bankdan vəsait cəlb etdiyi ilk əməliyyatdır.

Xarici bankın Kapital Bank-ın istiqrazlarına investisiya etməsi, bankın resurs bazasının diversifikasiyası ilə yanaşı, xarici investorlar üçün cəlbediciliyinin gücləndirilməsi baxımından da əhəmiyyət daşıyır.

Qeyd edək ki, Kapital Bank 2024-cü ildən etibarən yerli kapital bazarlarında aktiv fəaliyyət göstərir. Bu müddət ərzində Bank ümumilikdə 170 milyon ABŞ dolları və 260 milyon manat həcmində 11 istiqraz buraxılışını uğurla həyata keçirib. Əvvəlki istiqraz buraxılışlarına yerli investorlar tərəfindən formalaşan yüksək tələb bankın yerli kapital bazarındakı mövqeyinin möhkəmlənməsinə imkan yaradıb.

Yeni istiqraz yerləşdirməsi ilə Kapital Bank investor bazasının coğrafiyasını genişləndirərək xarici maliyyə institutlarının da yerli kapital bazarı vasitəsilə banka vəsait yatırmasına imkan yaradıb. Xarici investorun iştirakı Azərbaycanın qiymətli kağızlar bazarının potensialının və yerli maliyyə institutlarına olan marağın artırılması baxımından da əhəmiyyətlidir.

Ölkənin birinci bankı Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən böyük filial şəbəkəsi, 116 filialı, 51 şöbəsi və 13 Rəqəmsal Mərkəzi ilə müştərilərin xidmətindədir. Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün //kapitalbank.az saytına, 196 Əlaqə Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə müraciət edə bilərsiniz. Nağd pul krediti və Birbank kartı sifarişlərinizi onlayn formada həyata keçirə bilərsiniz. 





 

Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Bakının dörd rayonunda işıq kəsiləcək
Cəmiyyət 22:02
Bakının dörd rayonunda işıq kəsiləcək
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Cəmiyyət 21:45
Gəncədə korrupsiya əməliyyatı - həbs olunan var
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Cəmiyyət 21:04
Ağdaşın 11 kəndində elektrik enerjisinin verilişində fasilə yaranacaq
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 20:15
Hövsan-Türkan yolunda hərəkət məhdudlaşdırılacaq
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Cəmiyyət 18:49
“Şəki yaylası”nda baş verən faciənin səbəbləri açıqlanıb, saxlanılanlar var
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Cəmiyyət 17:40
Bu yolda hərəkət məhdudlaşdırılacaq
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Cəmiyyət 17:25
Səhiyyə nazirinin müşaviri işdən çıxıb
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Cəmiyyət 17:19
Azərbaycanda 7 yaş və daha yuxarı şagirdlər üçün “mygov” platformasında ayrıca fərdi hesabların yaradılması nəzərdə tutulur
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Cəmiyyət 17:07
Ombudsmanın fəaliyyətindən razısınızmı?- Sorğu
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol