• $
  • €
  • ₽
  • ₺
  • £

Parlament 2014-cü ilin büdcəsini qəbul etdi

Parlament 2014-cü ilin büdcəsini qəbul etdi
22.11.2013 12:50

Hesablama Palatasının yeni sədri təsdiqləndi.

Bu gün spiker Oqtay Əsədovun sədrliyi ilə Milli Məclisin növbəti iclası keçirilir. "Yeni Müsavat"-ın məlumatına görə, spiker təklif edib ki, maliyyə naziri Samir Şərifov dövlət büdcəsi haqqında qanun layihəsi barədə təkliflərə hökumətin münasibətini açıqlasın, sonra digər məsələlər müzakirə olunsun. 

S.Şərifov çıxışında dedi ki, plenar iclasında çıxış etmiş deputatlar büdcə zərfinə daxil olan qanun layihələri müzakirə edilib, təkliflər irəli sürülüb. Nazir siyasi partiyalara ayrılmış vəsaitin artırılması haqda təklifə cavabında bildirdi ki, qanuna müvafiq dəyişiklik edilməklə artıq qalan və qənaət edilən 10 faizlik əlavə vəsait partiyalar arasında bölüşdürülə bilər. 

S.Şərifov dedi ki, 2014-cü il büdcə layihəsi balanslaşdırılmış bir layihədir və deputatları layihəyə səs verməyə çağırdı. Bundan sonra büdcə zərfinə daxil olan qanun layihələri səsə qoyuldu. Gələn ilin dövlət büdcəsi (100 nəfər lehinə, 2 nəfər əleyhinə olmaqla) qəbul edildi. Həmçinin Yaşayış minimumu (101 lehinə, 2 əleyhinə olmaqla, Ehtiyac meyarı isə 100 lehinə, 2 əleyhinə olmaqla təsdiq edildi. Milli Məclisin xərclər smetasi (101 lehinə, 2 əleyhinə) də qəbul olundu. Deputatlar Hesablama Palatasının xərclər smetasını da (103 lehinə, 2 əleyhinə) təsdiqlədilər. Sosial Müdafiə Fondunun xərcləri 99 lehinə, 3 əleyhinə olmaqla qəbul edildi. 

O.Əsədov hökuməti təbrik edib onlara uğurlar arzuladı və hökumət üzvləri deputatların alqış sədaları arasında zalı tərk etdilər.  

Bundan sonra prezident sərəncamı ilə kənd təsərrüfatı naziri təyin olunan Hesablama Palatasının sabiq sədri Heydər Əsədovun öz ərizəsi ilə əvvəlki vəzifəsindən azad edilməsi, Vüqar Gülməmmədovun həmin qurumun sədri vəzifəsinə təyin edilməsi haqqında məsələyə baxıldı. İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bu barədə məlumat verdi. Parlament çoxluğu məsələyə müsbət münasibət bildirdi.

ANN.Az

Instagram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol