• $
  • €
  • ₽
  • ₺
  • £

Şamaxıdan Qubaya birbaşa avtomobil yolu çəkilir

Şamaxıdan Qubaya birbaşa avtomobil yolu çəkilir
22.11.2013 00:05

Yaxın vaxtlarda Şamaxıdan Qubaya və digər şimal rayonlarına getmək üçün paytaxtdan keçməyə ehtiyac qalmayacaq.

Modern.az-ın  Trend-ə istinadən məlumatına görə, hazırda Böyük Qafqaz dağlarının arası ilə, 13 kilometr uzunluğu olan Şamaxı-Çuxuryurd-Qızmeydan avtomobil yolunun çəkilişi həyata keçirilir. Bu yol həm də Şamaxı-Quba avtomobil yolunun başlanğıcı hesab edilir. Sərt qayalıqlardan və dağ çaylarının üzərindən keçəcək Şamaxı-Quba avtomobil yolunun uzunluğu 110 kilometr, eni 12 metr olacaq.

İş icraçısı Rövşən Babayev bildirib ki, bu layihə reallaşdıqdan sonra artıq Şimal, Şimal-Qərb və Şirvan bölgələri üzrə hərəkət edən avtomobillər 200 kilometr az yol qət edəcək və Bakı şəhərinə daxil olmadan birbaşa regionlararası marşrutlar üzrə hərəkət edə biləcəklər. Müasir tələblərə cavab verəcək formada inşa olunacaq yeni yol respublikanın 2 regionunu birləşdirməklə yanaşı, Şamaxı və Quba rayonlarının ucqar dağ kəndlərində yaşayan əhalinin yol problemini də aradan qaldıracaq. Şamaxı-Quba yolunun eyni zamanda bölgədə yeni turizm marşrutlarının açılmasına xidmət edəcəyi bildirilir. Belə ki, Böyük Qafqaz dağlarını kəsib keçəcək yol boyu yeni turizm obyektlərinin yaradılması nəzərdə tutulur.

ANN.Az

Youtube
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol