• $
  • €
  • ₽
  • ₺
  • £

Ən məhsuldar superkompüter hansıdır?

Ən məhsuldar superkompüter hansıdır?
21.11.2013 23:48
Bu yaxınlarda “top500.org” saytında dünyanın ən məhsuldar kompüterlərinin siyahısının yeni redaksiyası dərc edilib.500 superkompüterdən ibarət siyahıda əvvəlki kimi bu il yayın əvvəlində Çin Milli Müdafiə Texnologiyaları İnstitutu tərəfindən buraxılmış “Tianhe-2” liderdir. Xatırladaq ki, “Tianhe-2” superkompüterinin pik məhsuldarlığı 33,86 petaflops (Linpack testi) təşkil edir. Bu göstərici Titan (17,59 petaflops) və “IBM BlueGene/Q Sequoia” (17,17 petaflops) superkompüterlərinin ümumi məhsuldarlığından iki dəfə çoxdur. Bununla belə, ABŞ-ın Energetika Nazirliyinin Milli laboratoriyasında quraşdırılmış Titan sistemi əvvəlki tək ən enerji effektiv olaraq qalır.“ICTnews” elektron xəbər xidməti “itc.ua” saytına istinadən bildirir ki, siyahıda dördüncü və beşinci yerlərdə əvvəlki kimi müvafiq olaraq “Fujitsu K” (10,51 petaflops) və “BlueGene/Q Mira” (8,59 petaflops) sistemləri qərarlaşıb.Qeyd etmək lazımdır ki, siyahıdakı 500 sistemin ümumi məhsuldarlığı  250 petaflops təşkil edir. Bir il əvvəl bu göstərici 233 petaflops olub.Superkompüterlərin əksəriyyəti (265) ABŞ ərazisində yerləşir. 115 sistem Asiya ərazisində və 102 sistem isə Avropada yerləşir.Siyahıda yer almış 482 sistem “Linux” əməliyyat sistemi ilə işləyir.ANN.Az
Twitter
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol