İsi Mustafayev: Zəmanət mexanizmləri istiqrazların gəlirliliyini 11%-ə endirə bilər
Zəmanət mexanizmlərinin borc qiymətli kağızları bazarında tətbiqi istiqrazların orta gəlirliliyini 15%-dən 11%-ə endirə, onların tədavül müddətini uzada və institusional investorları bazara cəlb edə bilər. Bu barədə “PAŞA Kapital” QSC-nin baş icraçı direktoru İsi Mustafayev bildirib.
İsi Mustafayevin sözlərinə görə, hazırda zəmanətsiz istiqrazlar əsasən 1-2 il müddətinə yerləşdirilir. Zəmanət kredit riskini əhəmiyyətli dərəcədə azaltdığı üçün bazarda 3 və ya 5 illik kağızların çıxarılmasını asanlaşdırır. Bu addım həm gəlirliliyin aşağı düşməsinə, həm də investor bazasının, xüsusilə institusional investorların genişlənməsinə zəmin yaradır.
“Zəmanət olduqda investor yalnız emitentin özünün kredit riskini qiymətləndirmir. Bu, riskin azalmasına, kupon faizinin aşağı düşməsinə və daha uzunmüddətli kağızların bazarda yerləşdirilməsinə şərait yaradır”, - Mustafayev vurgulayıb.
Şirkət rəhbəri həmçinin qeyd edib ki, real sektordan olan bir şirkətin təxminən 13% gəlirliliklə qiymətli kağızlarının buraxılışında anderrayter kimi iştirak ediblər və zəmanətin olması həmin kağızların uğurla yerləşdirilməsini təmin edən əsas amillərdən biri olub.
Gülnar Nazimqızı
Son xəbərlər