• $
  • €
  • ₽
  • ₺
  • £

Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı!

Yelo Invest-in yeni imkanı ilə portfelini daha yaxşı tanı!
30.10.2026 14:43


Yelo Bank rəqəmsal investisiya xidməti Yelo Invest-də müştərilərə portfelini daha aydın görməyə imkan verən yeni “Analitika” funksiyasını istifadəyə verib. Ölkədəki investisiya tətbiqləri arasında bu imkan ilk dəfə Yelo Invest-də təqdim olunur.


Artıq müştərilər portfeldəki səhm və ETF-lərin ümumi mənzərədə nə qədər yer tutduğunu bir baxışda görə bilir. İnvestisiyaların hansı sektorlara yayıldığını isə rəngarəng və sadə qrafiklərlə izləmək mümkündür.


“Analitika” bölməsi təkcə portfeli deyil, bazarı da göstərir. Portfeldəki hansı səhmlərin dəyər qazandığını, hansılarının itirdiyini görməklə yanaşı, bütün bazar üzrə dəyər qazanan və itirən səhmləri də izləmək mümkündür. Beləliklə, növbəti addımı atmazdan əvvəl həm portfelin strukturunu, həm də bazarda baş verənləri bir yerdə görmək və qərarı daha əmin vermək olur.


Yelo Bank bu yeniliklə investorların portfelinə daha aydın baxmasına və qərarlarını daha rahat verməsinə şərait yaradır. 14 mindən çox investisiya alətini özündə cəmləyən Yelo Invest-də hesab açmaq isə bir neçə sadə addımdan ibarətdir: hesabını aç və səhm imkanlarını kəşf et! Üstəlik hər ay investorlar üçün komissiyasız investisiya alış həftəsi keçirilir. Daha ətraflı:
//ylb.az/invest.
Yelo Invest haqqında:


Yelo Invest Yelo Bank-ın Yelo App mobil tətbiqi daxilində təqdim etdiyi rəqəmsal
investisiya platformasıdır. Platforma müştərilərə ABŞ və yerli bazarlarda geniş investisiya imkanlarını kəşf etmək imkanı verir. Yelo Invest xidməti Yelo Bank və “Unicapital İnvestisiya Şirkəti” ASC-nin birgə tərəfdaşlığı çərçivəsində təqdim olunur.


Bank xidmətləri ilə bağlı əlavə suallarınız var? O zaman 981 nömrəsinə zəng edin və ya
Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.


Yelo Bank – Parlaq bankçılıq!


Telegram
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
“Azercell Biznes” müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
İqtisadiyyat 14:16
“Azercell Biznes” müştəriləri üçün eSIM IoT və eSIM M2M xidmətlərini təqdim edir
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
İqtisadiyyat 13:47
Türkiyə ərazisi ilə 10 ayda 161 milyon bareldən çox BTC nefti nəql olunub
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Siyasət 13:13
Dövlət satınalmalarının 54,6%-i bir mənbədən həyata keçirilib - deputat
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İqtisadiyyat 11:42
Kəlbəcər iqtisadiyyatı 5 ildə 30 dəfədən çox böyüyüb - Bayramov
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
İqtisadiyyat 11:35
İlham Əliyev Konqres iştirakçılarına müraciət ünvanlayıb
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
İqtisadiyyat 11:30
PAŞA Bank “REGİONAL EXPO GƏNCƏ 2026” sərgisində iştirak edib
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
İqtisadiyyat 11:22
SOCAR-ın İtaliyadakı IP şirkəti beşillik inkişaf planı hazırlayır
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
İqtisadiyyat 11:19
Azərbaycan və Tacikistan banklar assosiasiyaları əməkdaşlıq sazişi imzalayıb
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
İqtisadiyyat 10:32
Milli ödəniş sistemi üzrə əməliyyatların həcmi 46,2% artıb
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol