Azərbaycan banklarının aktivləri 64 milyard manata çatıb

Azərbaycanın bank sektorunun aktivləri 64 milyard manata, kredit portfeli isə 34 milyard manata çatıb. Bu barədə Azərbaycan Banklar Assosiasiyasının rəhbəri Zakir Nuriyev Bakıda keçirilən Beynəlxalq Bankçılıq Forumunda bildirib.
O, göstəriciləri sektor üçün tarixi yüksək səviyyələr kimi qiymətləndirib. Əhalinin banklardakı depozitlərinin həcmi isə 19 milyard manata yaxınlaşıb.
Assosiasiya nümayəndəsinin sözlərinə görə, qarşıdakı dövrdə əsas hədəflərdən biri bank sektorundakı artımın müəssisələrin məhsuldarlığına, ixrac imkanlarına və regionlarda iqtisadi fəallığa daha çox töhfə verməsidir.

























