"Fitch": "Brent" markalı neftin qiyməti gələn il 65 dollara düşəcək

"Fitch" beynəlxalq reytinq agentliyi "Brent" markalı xam neftin orta qiymətinin 2026-cı ildə 1 barel üçün 87 ABŞ dolları, 2027-ci ildə 65 ABŞ dolları, 2028–2029-cu illərdə isə 60 ABŞ dolları olacağını proqnozlaşdırır.
Bu barədə beynəlxalq reytinq agentliyi olan "Fitch"in "Cənub Qaz Dəhlizi" QSC-nin (SGC) reytinqinin təsdiqlənməsindən sonra dərc etdiyi hesabatda bildirilib.
Agentliyin proqnozlarına əsasən, Avropanın TTF qaz bazarında qiymətlərin də növbəti illərdə azalması gözlənilir. Belə ki, qazın 1 000 kubfutunun qiymətinin 2026-cı ildə 18 ABŞ dolları, 2027-ci ildə 9 ABŞ dolları, 2028–2029-cu illərdə isə 7 ABŞ dolları olacağı ehtimal edilir.
Xatırladaq ki, Azərbaycanın builki dövlət büdcəsində "Azeri Light" markalı neftin 1barel neftin orta qiyməti 65 ABŞ dollarından hesablanıb.
Azərbaycan Mərkəzi Bankının (AMB) oktyabrda açıqladığı proqnozlarında neftin bir barelinin orta illik qiyməti 2026-cı il üçün 92,8 ABŞ dolları, 2027-ci il üçün isə 82,8ABŞ dolları səviyyəsində nəzərdə tutulub. Bunu AMB-nin sədri Taleh Kazımov 29-da faiz qərarına dair keçirilən mətbuat konfransında bildirib.
Təbii qaz üzrə AMB-nin iyulda açıqladığı qiymət proqnozu 2026-cı il üçün 1 000kubmetrə 327 dollar, 2027-ci il üçün isə 294dollar idi.
























