• $
  • €
  • ₽
  • ₺
  • £

“JEK”lər ləğv olunacaq

“JEK”lər ləğv olunacaq
13.11.2013 14:12

Azərbaycanda Mənzil İstismar Sahələri (MİS-lər və ya “JEK”lər) ləğv olunurMilli Məclisdən APA-ya verilən məlumata görə, bu, 2011-ci ildə son variantda qəbul olunan Mənzil Məcəlləsində də nəzərdə tutulduğu üçün bir qrup deputat qanunvericiliyin tələbinin icrası ilə bağlı Nazirlər Kabinetinə müraciət edəcək. Yeni Mənzil Məcəlləsində MİS-lərlə bağlı müddəa ləğv olunub və onların fəaliyyəti ilə bağlı heç bir əsas yoxdur. “JEK”lərin səlahiyyətinin əsas hissəsi yerli bələdiyyələrə, bir qismi isə icra hakimiyyətlərinin ərazi nümayəndəliklərinə həvalə olunur. Milli Məclisin bir sıra deputatı bununla bağlı hökumətə müraciət edərək, yeni ildən qanunvericiliyə əsasən MİS-lərin ləğv olunmasını istəyəcəklər. Hazırda ölkədə 200-ə yaxın MİS var və bunlardan 150-si paytaxtda fəaliyyət göstərir. Məsələ ilə bağlı Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Rəfael Cəbrayılov APA-ya açıqlamasında bildirib ki, hazırkı Mənzil Məcəlləsi birmənalı olaraq MİS-lərin fəaliyyətini qadağan edir: “Çünki Məcəllədə MİS-lərin fəaliyyətinə icazə verəcək heç bir müddəa yoxdur. Buna görə də mövcud hüquqi baza əsasında Nazirlər Kabinetinin tək sərəncamı yetərlidir ki, bu qurumlar ləğv olunsun və səlahiyyətləri bələdiyyələrə keçsin. Çünki indiki qanunvericiliyə və mövcud quruluşa əsasən MİS-lər izafi bir qurumdur. Bununla bağlı bir sıra deputatlarla yanaşı, mən də mövcud qanunun icrasına əsasən bunun ləğvini istəmişik”.ANN.Az 

Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
İqtisadiyyat 18:05
Azərbaycan Mərkəzi Bankında yeni təyinat olub
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol