• $
  • €
  • ₽
  • ₺
  • £

“Apple” “Samsung”u onunla əvəz edəcək

“Apple” “Samsung”u onunla əvəz edəcək
13.11.2013 10:18
"Apple" "GlobalFoundries" şirkətini gələcəkdə onun mikroprosessorlarının aparat  yığıcısı kimi qiymətləndirir.
"ICTnews" xəbər xidmətinin "www.cybersecurity.ru" saytına istinadən verdiyi məlumata əsasən, "Apple" şirkəti Nyu-Yorkda "Global Foundries" şirkətinin istehsal güclərinin yüklənməsi imkanını istisna etmir. Burada "Apple" bütün hissələri istehsal edə bilmir, təkcə "iPhone" və "iPad" üçün çiplərin müəyyən hissəsi istehsal edilir.
Hazırda qeyri-rəsmi məlumata əsasən "Apple" şirkətinin prosessorlarının böyük hissəsini   Koreyanın "Samsung Electronics" şirkəti istehsal edir, o cümlədən "Samsung" şirkəti  "iPhone 5S" və "iPad Air" üçün "A7" prosessorlarını buraxır.
Hazırkı mərhələdə "Apple" ilə "Samsung" arasında smartfon bazarında rəqabətlə bağlı patent üzərində mübarizə şirkətlər arasında əməkdaşlığı çətinləşdirir. Bu qarşıdurma fonunda "Apple" mümkün qədər "Samsung"un təchizatlarından öz asılılığını azaltmağa çalışır.
Rəsmi olaraq nə "Apple", nə "GlobalFoundries" əməkdaşlıq imkanlarını şərh etmir. Lakin müstəqil ekspertlər deyirlər ki, "GlobalFoundries" şirkətinin "Samsung"u əvəz etməyə gücü çatar, çünki o, istehsal üçün tələb olunan tam texnoloji baza ilə təmin edilib və öz avadanlıqlarında "A7" prosessorlarını istehsal edə bilər.
Daha bir məlumata əsasən, "Apple" istehsalın bir hissəsini "Taiwan Semiconductor Manufacturing Company" istehsal güclərinin üzərinə keçirməyi planlaşdırır. Qeyri-rəsmi məlumatlara əsasən "Apple" və "TSMC" şirkətləri, yaxın iki ildə buraxılışı gözlənilən  "A8", "A9" və "A9X" çiplərinin istehsalı sahəsində əməkdaşlıq qurmağa çalışırlar.
ANN.Az 
Facebook
Keçid et
Oxşar xəbərlər
Oxşar xəbərlər
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
İqtisadiyyat 15:12
Azərbaycan üçüncü rübdə 4 milyon tona yaxın neft ixrac edib
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
İqtisadiyyat 14:58
SOCAR üçüncü rübdə qazma işlərini 74,3% artırıb
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
İqtisadiyyat 11:53
PAŞA Bank 12-ci AMFA Konfransında maliyyə inklüzivliyinin genişləndirilməsi imkanlarını müzakirə edib
Qızılın qiyməti ucuzlaşıb
İqtisadiyyat 10:12
Qızılın qiyməti ucuzlaşıb
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
İqtisadiyyat 09:09
Avro ucuzlaşıb, rubl bahalaşıb - məzənnə
Azərbaycan nefti bahalaşıb
İqtisadiyyat 09:09
Azərbaycan nefti bahalaşıb
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
İqtisadiyyat 08:59
Apple yenidən dünyanın ən bahalı şirkəti olub
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
İqtisadiyyat 15:35
Azercell-in tərəfdaşlığı ilə “SHE - Gələcəyin toxuması” adlı tədbir keçirilib
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
İqtisadiyyat 12:46
PAŞA Bank sahibkarlar üçün yeni POS Kredit məhsulunu təqdim edir
Anews TV

Rəsmi Youtube kanalımız

Abunə ol